Sahibə Qafarova Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Milli Məclisin Sədri Sahibə Qafarova Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.



Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, qonağı salamlayan Milli Məclisin Sədri onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirən Spiker hazırda ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini qeyd edib. Xüsusilə, iqtisadiyyat və investisiya sahəsində geniş əlaqələrimizin olduğu məmnunluqla vurğulanıb.



Spiker Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsində ölkə parlamentlərinin rolunu xüsusi vurğulayıb. O, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.



Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında bəzi faktları Yaponiya səfirinin diqqətinə çatdıran Sahibə Qafarova ötən dövr ərzində münaqişəyə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumat verib. Sədr 1994-cü ildə atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Ermənistan tərəfinin bu sazişə və digər beynəlxalq öhdəliklərinə əməl etmədiyini, bu günə qədər də təxribatlarını davam etdirdiyini vurğulayıb. O bildirib ki, son zamanlar bu təxribatlar daha da artıb. Spikerin sözlərinə görə, Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatların ardınca, sentyabrın 27-də növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum edib. Ermənistan yenə də mülki vətəndaşları hədəfə alır, Gəncə, Mingəçevir şəhərləri işğalçı ölkə tərəfindən raketlərdən atəşə tutulur. Sahibə Qafarova deyib ki, Ermənistanın intensiv raket atəşinə tutduğu şəhər və rayonlarımızda strateji nəqliyyat, enerji infrastrukturu yerləşir. Bu da Ermənistanın işğalçılıq siyasətinin bütün regionu hədələdiyini və digər region dövlətləri üçün də təhlükə mənbəyi olduğunu göstərir.



Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Şanlı Ordumuzun həyata keçirdiyi əks hücum əməliyyatları barədə də səfiri məlumatlandıran Spiker qeyd edib ki, dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, işğal altında olan bəzi ərazilərimiz artıq azad edilib. Milli Məclis Sədri vurğulayıb ki, Azərbaycan əsgərləri öz torpaqlarında döyüşür və bizim heç kəsin torpağında gözümüz yoxdur. Azərbaycan xalqı öz torpaqlarının azad olunmasını istəyir.



Sahibə Qafarova bir məsələni də diqqətə çatdırıb ki, Ermənistan tərəfindən xarici terrorçu qruplaşmaların üzvlərinin, muzdluların Azərbaycan Ordusuna qarşı döyüşmək məqsədilə işğal altındakı torpaqlarımıza göndərilməsi təşkil olunur. Bu da beynəlxalq hüquqa zidd olmaqla, beynəlxalq təhlükəsizliyin pozulmasına şərait yaradan amildir.



Ölkəmizdə yeni fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Cuniçi Vada Azərbaycanın sabit, təhlükəsiz və dinamik inkişaf edən ölkə olduğunu bildirib. O, ölkəsinin parlamentinin rəhbərliyinin salamlarını Milli Məclisinin Sədrinə çatdırıb. Cuniçi Vada ölkələrimiz arasında münasibətlərin məmnunluq doğurduğunu söyləyib.



O, Yaponiya səfirliyi tərəfindən həyata keçirilən "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində keçirilən layihələr haqqında məlumat verərək ümidvar olduğunu bildirib ki, gələcəkdə bu layihələr Azərbaycanın bütün regionlarında həyata keçiriləcək.



Görüşün sonunda Spiker Sahibə Qafarova səfir Cuniçi Vadanın fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Son xəbərlər

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Əhali arasında narahatlıq: Alış-veriş zamanı kartlarımızdan əlavə pul tutulacaq?

Uşaqların beyninə zərər verən qida boyası

Ucalığın mübarəkdir, uca dağ - FOTO

Qarabağ və Şərqi Zəngəzurda su-kanalizasiya xidməti ilə bağlı görülən işlər açıqlanıb

İctimai nəqliyyat ödənişlərində YENİLİK

Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

İspaniya Ebola səbəbindən yoldaşlıq oyununu ləğv etdi

Aslıhan onunla tərəf müqabili oldu - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

SEVİNC YUNUSLU : Mən bağışlaya bilmirəm.. - FOTO

Nesrinin serialı 1 günə 5 milyon izləndi

GƏLƏCƏK İNSANI GÖZLƏMƏDƏN GƏLİR

Məhərrəmlik ayı bu tarixdə başlayır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930