Smartfonun yaddaşında saxlanılan SMS-lər və şəxsi sənədlərin fotoları cihazınızı kibercinayətkarlar üçün əsl xəzinəyə çevirə bilər.

Smartfon yad şəxsin əlinə keçdikdə, sanki insanların çox olduğu yerdə içi pulla dolu pul kisəsini açıq şəkildə qoymuş olursunuz. Belə vəziyyətdə telefondakı məxfi məlumatlar tamamilə əlçatan olur və onların fırıldaqçılar tərəfindən istifadəsi cəmi bir neçə dəqiqənin məsələsinə çevrilir. Kibertəhlükəsizlik mütəxəssisləri bildirirlər ki, dələduzlardan qorunmaq, şəxsi məlumatlarınızı və maliyyə vəsaitinizi təhlükədən uzaq saxlamaq üçün mobil telefonda bəzi məlumatları ümumiyyətlə saxlamamaq lazımdır. Onların sözlərinə görə, smartfon yaddaşında qalması ən riskli olan üç məlumat növü var.

Bank hesablarına giriş kodları və SMS parolları


Bir çox istifadəçi hesab edir ki, birdəfəlik SMS kodu istifadə edildikdən sonra artıq təhlükə yaratmır. Halbuki kibercinayətkarlar üçün həmin bir neçə rəqəm belə həlledici rol oynaya bilər. Adətən fırıldaqçılar artıq qurban haqqında müəyyən məlumatlara ad və soyadına, telefon nömrəsinə və ya internet bankçılığı giriş məlumatlarına sahib olurlar. Bu halda SMS-lə gələn təsdiq kodu onların hesabı tam ələ keçirməsi üçün son açar rolunu oynayır. Bundan sonra hesabı geri qaytarmaq isə uzun və çətin prosesə çevrilə bilər. Mütəxəssislər tövsiyə edirlər ki, SMS kodundan istifadə etdikdən dərhal sonra onu silin. Bununla yanaşı, mesajların "Səbət" (Trash) bölməsini də mütləq təmizləyin. Çünki həm Android, həm də iOS sistemlərində silinmiş mesajlar bir müddət gizli şəkildə cihazın yaddaşında qala bilər.


Şəxsi sənədlərin fotoları

Pasportun, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin və digər rəsmi sənədlərin şəkillərini telefonda saxlamaq da ciddi risk yaradır. Bu görüntülərdən istifadə edən dələduzlar sizin adınıza mikrokredit rəsmiləşdirə, yeni SIM kart əldə edə, saxta hesablar aça və hətta məlumatlarınızı "dark web"də sata bilərlər. Cinayətkarların əlinə şəxsi məlumatların aydın göründüyü cəmi bir fotoşəkilin keçməsi belə sahibinə böyük problemlər yarada bilər. Bir çox insan bu cür şəkilləri yaxınlarına göndərib sonradan siləcəyini düşünür. Lakin mütəxəssislər bunun təhlükəli vərdiş olduğunu bildirirlər. Əgər vacib sənədləri saxlamaq zəruridirsə, onları iki faktorlu identifikasiya ilə qorunan etibarlı bulud yaddaşına köçürmək və ya məlumatların şifrələnməsini təmin edən proqramlardan istifadə etmək tövsiyə olunur. Məsələn, 1Password, NordLocker və ya Google Files tətbiqindəki "Təhlükəsiz qovluq" funksiyası bu məqsəd üçün daha etibarlı seçim hesab edilir.

Məxfi şəxsi məlumatların olduğu mesajlar

PIN kodlar, bank kartlarının rekvizitləri, CVC kodları, yaşayış ünvanı, təhlükəsizlik suallarının cavabları və digər məxfi məlumatlar telefonunuzda saxlanılmamalıdır. Dələduzlar telefona giriş əldə etdikdə ilk növbədə SMS-ləri və messencer yazışmalarını yoxlayırlar. Əgər yazışmalarda "kartın parolu Wi-Fi parolu ilə eynidir" kimi məlumatlar varsa, bunun nəticələri çox ağır ola bilər. Hətta bu məlumatları özünüzlə yaratdığınız şəxsi çatda saxlamaq belə təhlükəlidir. Telefon kilidsiz vəziyyətdə yad adamın əlinə keçərsə, həmin məlumatlardan istifadə edilərək bank hesablarınız və digər şəxsi məlumatlarınız təhlükə altına düşə bilər. Buna görə də mütəxəssislər belə həssas məlumatların telefonun adi yaddaşında və ya messencer yazışmalarında saxlanılmamasını tövsiyə edirlər.

Son xəbərlər

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930