Turaztv.az » Xəbərlər » Gürcüstanda zəlzələ baş verib
Xəbərlər

Gürcüstanda zəlzələ baş verib

21.07.2026, 23:14 113
İyulun 21-də saat 20:40-da Gürcüstanda zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Axalqori şəhərindən 23 kilometr şimalda, Ukanamxari kəndindən 1 kilometr məsafədə baş verib.

Bildirilib ki, zəlzələnin maqnitudası 3,3 olub.

Oxşar xəbərlər