Turaztv.az » Xəbərlər » Məlahət Behbudqızı ✍️ : Dinləyənə bir ömürlük dastan var - FOTO
Xəbərlər

Məlahət Behbudqızı ✍️ : Dinləyənə bir ömürlük dastan var - FOTO

18.07.2026, 00:12 251
Gəlmişəm
Bu təpəni, bu çəməni, bu dağı,
Seyr etməkçün süzə-süzə gəlmişəm.
Dağlardakı çiçəkləri, zambağı
Misralara düzə-düzə gəlmişəm.

Şair könlüm seyr etdikcə dağlara,
Misra-misra şeir, qəzəl söyləsin.
Coşa gəlib göz oxşayan çağlara,
İlhamını ram etməsin, neyləsin?

Əzəmətin baş əyməyib zamana,
Qar da yağıb, şaxta da çox kəsibdir.
Qucağında min çiçəkli nəğmənə,
Təbiətin öz nəfəsi əsibdir.

Sıldırımlar sinəndədir dastantək,
Bulaqların zümzüməsi saz olar.
Qartal uçar zirvədə qəhrəman tək,
Şair üçün hər qayanda iz qalar.

Sən ucasan, dözümdən and içmisən,
Vüqarından boyuma don biçmisən.
Vətənimin qoynunda xoş avaz tək
Şeir olub könlümüzə köçmüsən.

Dağlar susur, sükutunda min avaz,
Dinləyənə bir ömürlük dastan var.


17. 07. 26.





Oxşar xəbərlər