Turaztv.az » Xəbərlər » Qəzənfər Məsimoğlu : BU KƏND ƏNGİRƏVANDI - FOTO
Xəbərlər

Qəzənfər Məsimoğlu : BU KƏND ƏNGİRƏVANDI - FOTO

17.06.2026, 22:02 142
Qaranlıq keçib getdi,
Həsrəti içib getdi,
Bir günlük köçüb getdi,
Açılıb səhər, dandı,
Bu kənd Əngirəvandı.

Nurdu üzündən daman,
Pislərə verməz aman.
İnsanları heç zaman
Dəyişməz əhdi, andı,
Bu kənd Əngirəvandı.

Sevgidi hər fəsli də,
Qorquddandı nəsli də.
Soyu, kökü, əsli də
Ağadı, bəydi, xandı,
Bu kənd Əngirəvandı.

Bənövşəsi, nərgizi,
Gözəlliyin bir izi.
Hər oğulu, hər qızı
Adına şöhrət- şandı,
Bu kənd Əngirəvandı.

Gül-çiçəyi təzə, tər,
Torpağıdı gövhər, zər.
Şair oğlu Qəzənfər
Sevdi, oduna yandı,
Bu kənd Əngirəvandı.

Oxşar xəbərlər