Ankarada fəaliyyət göstərən Səda Musiqi Kursunun təşkil etdiyi “Səda” Musiqi və Rəqs Qrupunun Akademik Konserti sənətsevərlərin böyük marağı və nüfuzlu qonaqların iştirakı ilə Azaflı Plaza Konfrans Salonunda yüksək səviyyədə keçirilib.

Turaztv.az xəbər verir : Səda Musiqi Kursunun təsisçisi Ayten Rehimovanın rəhbərliyi ilə ərsəyə gələn proqramda fortepiano, skripka, kamança, tar, yan fleyta, nağara və vokal ifaları, eləcə də Azərbaycan xalq rəqsləri tamaşaçılara təqdim olunub. Türkiyə və Azərbaycanın ortaq mədəni irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan konsert iştirakçılara unudulmaz anlar bəxş edərək əsl sənət bayramına çevrilib.


Konsert proqramı çərçivəsində Səda Musiqi Qrupunun ifasında Şur muğamı üzərində hazırlanmış “Qal sene Qurban”, “Ana Yurd” mahnıları səsləndirilib. Gecənin sonunda isə qrup tərəfindən “Çırpınırdın Qara dəniz” və “Yaşa Azərbaycan” əsərləri təqdim olunaraq proqram təntənəli şəkildə yekunlaşdırılıb.
Səda Musiqi Kursunun şagirdləri fortepianoda Azərbaycan və dünya klassik musiqisinin görkəmli bəstəkarlarının əsərlərini böyük ustalıqla ifa ediblər. Konsertdə Tofiq Quliyev, Volfqanq Amadey Motsart, Frederik Şopen və İohann Sebastyan Baxın əsərləri səsləndirilərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Proqramın ən yaddaqalan nömrələrindən biri də Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin poeziyasına həsr olunmuş kompozisiya olub. Şairin “Oxu tar” şeirindən səhnə keçidi edilərək Şur muğamı üzərində “Qalsana Qurban” musiqi kompozisiyası təqdim edilib.

Azərbaycan kamançasının müşayiəti ilə dahi bəstəkar Vasif Adıgözəlovun “Füzuli Kantatası”ndan parçalar və “Nazəndə Sevgilim” əsəri səsləndirilib. Rəqs qrupunun təqdimatında isə “Naz eləmə” və “Sarı Gəlin” rəqsləri nümayiş etdirilib. Rəqqaslar öz çıxışları ilə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərləri və Türk Dünyasının zəngin mədəni irsini tamaşaçılara təqdim etməyə çalışıblar.
Gecənin final hissəsində Azərbaycan nağarasının ritmləri altında rəqs qrupunun təqdim etdiyi dinamik kompozisiya böyük maraqla qarşılanıb və proqram coşqulu notlarla başa çatıb.
Tədbirin sonunda şagirdlərə, müəllimlərə, musiqiçilərə və rəqqaslara təşəkkürnamələr və plaketlər təqdim olunub. İştirakçılar uğurlu təşkilatçılığa görə Səda Musiqi Kursunun rəhbərliyini, müəllimlərini və şagirdlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıblar.

Son xəbərlər

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31