
Xəbərlər
12.06.2022, 23:48
Həsrət yarpaqları - ElzaDənizNur.
Həsrət yarpaqları...
Yazılarım bənzəmir kimsənin yazısına,
Çünkü bəxtim bənzədi həsrətin acısına.
Ağladı gecə ayım , gündüz günəşim belə,
Naləm payıza döndü qoşuldu əsən yelə...
Yoxu sevəcək qədər aldatdım arzuları,
Sonra yandırdım bütün yalançı xəyalları.
Doğulub ağlamamış ölən körpə fidan tək
Gözlərimdə yox oldu aldı əlimdən fələk
Yox şikayət etmirəm taleyimdən inanın
Taleyimin sevgisi olub bəxti yazanın
Onun dəsti xəttini payıza köçürürəm,
Yazını xəzəl xəzəl ,torpağa ötürürəm
Dənizəm nur damıram sənin sənsiz ömrünə
Bəlkə dərman olacaq sənin sınıq könlünə
Xəzan kimi gəlsəm də ,sənin yuxularına
Bahar bürüyəcəyəm,payız yıxdıqlarına....
ElzaDənizNur.
11.06.22.
Yazılarım bənzəmir kimsənin yazısına,
Çünkü bəxtim bənzədi həsrətin acısına.
Ağladı gecə ayım , gündüz günəşim belə,
Naləm payıza döndü qoşuldu əsən yelə...
Yoxu sevəcək qədər aldatdım arzuları,
Sonra yandırdım bütün yalançı xəyalları.
Doğulub ağlamamış ölən körpə fidan tək
Gözlərimdə yox oldu aldı əlimdən fələk
Yox şikayət etmirəm taleyimdən inanın
Taleyimin sevgisi olub bəxti yazanın
Onun dəsti xəttini payıza köçürürəm,
Yazını xəzəl xəzəl ,torpağa ötürürəm
Dənizəm nur damıram sənin sənsiz ömrünə
Bəlkə dərman olacaq sənin sınıq könlünə
Xəzan kimi gəlsəm də ,sənin yuxularına
Bahar bürüyəcəyəm,payız yıxdıqlarına....
ElzaDənizNur.
11.06.22.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













