UŞAQLARIN HARAYI - Təranə MƏFTUN
UŞAQLARIN HARAYI.

(Doğulduqdan sonra atılan və ya yetimxanaya verilən uşaqların dilindən.)

Anacan, bilmirdim doğulmağımla,
Mən sənin boynunda yük olacağam.
Həyatın dibində boğulmağımla,
Gül kimi açmamış tez solacağam.

Bu qərib dünyada kimim var mənim?
Qaranlıq məzartək dünyam dar mənim.
Üzgünlük, tənhalıq, intizar mənim,
Dünyaya nə verib, nə alacağam?

Sən məni atsan da bir günah kimi,
Dözülməz ağrıdan qopan "ah" kimi,
Üzümə gülməyən xoş sabah kimi,
Səndən nə vaxtadək gen qalacağam?!

Ana, ana, səni çox gözləyirəm,
Ana sevgisini çox özləyirəm.
Gələni, gedəni çox izləyirəm,
Ana, sənsiz sönmüş soyuq ocağam.

Sonsuz bir eşq ilə sevirəm səni,
Ölməzdim, azacıq sevsəydin məni.
Çiçəksiz sevərmi kimsə çəməni?
Mən sənsız yarpaqsız quru ağacam.

Sənsiz yaşamaqdan bezmişəm yaman,
İsti ana qoynu arzumdur hər an.
Anasız bir dünyam var, o da viran,
Ana sevgisinə mən yaman acam!!!

Ana, sən müqəssir deyilsən ki, heç,
Yolunda mən ölüm, sən üstümdən keç.
Demirəm ya məni, ya özünü seç,
Yaş olub gözünə mən dolacağam.

Yoruldum mən sənsiz tək yaşamaqdan,
Anasız uşaqtək ad daşımaqdan,
Səndən üzr diləyir atılmış balan.
Mən sənin qulunam, sən mənim ağam,
Ana, sənsiz sönmüş soyuq ocağam.


31.01.2022 TƏRANƏ MƏFTUN

UŞAQLARIN HARAYI - Təranə MƏFTUN

Son xəbərlər

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31