Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli-Hadrut avtomobil yolu Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari il martın 16-da işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı təməli qoyulub.

Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.

Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edəcək.

Hazırda avtomobil yolunda torpaq işləri icra olunur. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Artıq ilk 8 kilometr hissədə torpaq işləri və yol yatağının tikintisi 50 faiz icra olunub.

Uzunluğu 12 kilometr olan Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının inşası ilə yanaşı, yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də layihə üzrə aparılır. Bundan başqa, yolun 6,7-ci kilometrində - “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində ikiaşırımlı avtomobil körpüsünün inşası nəzərdə tutulub.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yerli şirkət “Azvirt” MMC birgə icra edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.Bütün yollar Qarabağa aparır...

Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Son xəbərlər

Bir ilə 510 milyon qazandı - Rekord qırdı

Səadət Qərib : GÜL QADINLAR - FOTO

"Kosmetik prosedurlardan qorxuram" - Nebahat Çehre

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

İnsanlar dünyaya niyə gəliblər?- Numeroloqlar 9 həyat yolunu aşkarladılar

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Paşinyan jurnalist kimi işlədiyi dövrdə ABŞ-dən yardım alıb

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Əzizə Ağahüseynqızı : Bu dərdli torpağin daşına dönüm - FOTO

Binədə mağaza yanıb

Dünyada 10 milyona yaxın insan həyatını itirə bilər

ABŞ onlara viza vermədi

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı

Mətanətdən Vüqar Muradova ağır sözlər

Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır

KİV: İran Qətərdəki ABŞ Hərbi Hava Qüvvələri mərkəzini sıradan çıxarıb

Dünyanın ən uzun yoludur, amma heç bir yerə aparmır - Fotolar

HƏSƏNXAN ƏSƏDOV : Şairlər Tanrının sevdikləridir - FOTO

CÜMŞÜD AYDƏMİR : Sevim,sevməyim... - FOTO

Adilə Nəzərin “Mühacirət monoloqu” - FOTO

Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930