Koronavirusa yoluxma riskini azaltmaq üçün ürək-damar xəstələri düzgün qidalanmalıdırlarÜrək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksəkdir. COVID-19 virusu ürək-damar sisteminə təsir göstərərək xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Çox təəssüf ki, yaşlı və ürək-damar problemləri ilə yanaşı digər xroniki xəstəliyi olanlarda infeksiyanın gedişatı daha ağır fəsadlar törədir.

Qida Təhlükəsizliyi İnstitutundan AZƏRTAC-a bildirilib ki, ürək-damar xəstəliklərinin inkişafına meyvə-tərəvəzlərin az, duz və doymuş turşuların isə həddindən artıq istehlakı, gündəlik qəbul edilən qidaların tərkibində lifin azlığı və ya olmaması, balanslaşdırılmamış qidalanma kimi amillər təsir edir. Artıq çəki və piylənmə, qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi xəstəliyin baş vermə ehtimalını artıran risk faktorlarındandır. Ürək-damar xəstəliklərinin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, mütəmadi alkoqol qəbulu, az fiziki aktivlik, eləcə də emosional gərginlik kimi amillərlə sıx əlaqəlidir. Xəstəliyin yaranma səbəbləri arasında irsi meyllilik, yaş və cins də böyük rol oynayır. Xəstəlik daha çox 40 yaşdan yuxarı olanlarda müşahidə edilir. Həmçinin kişilərlə müqayisədə qadınlarda xəstəliyin əmələ gəlməsi riski daha aşağıdır.

Koronavirusa qarşı ən yaxşı müdafiə vasitəsi müvafiq qabaqlayıcı tədbir və tövsiyələrə ciddi əməl edilməklə yanaşı, güclü immun sistemidir. Havalar soyuduqca virusun daha da aktivləşəcəyini nəzərə alsaq, immun sistemini gücləndirməklə orqanizmin COVID-19 infeksiyasına qarşı müdafiə qabiliyyətini artırmaq olar. İmmun sistemin fəaliyyətində fiziki cəhətdən aktivlik, normal yuxu rejimi və balanslı şəkildə qidalanma mühüm rol oynayır.

Ümumiyyətlə, ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma zamanı bir sıra şərtlərə əməl olunmalıdır:

- Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

- Gün ərzində istifadə edilən duzun miqdarı azaldılmalıdır. Duz bədəndə artıq mayenin toplanması ilə ödemin yaranmasına və qan təzyiqinin artmasına səbəb olur.

- Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.

- Gün ərzində 1,5-2 litr su qəbul edilməlidir.

- Spirtli və şirin içkilərdən imtina olunmalıdır.

- Kaliumla zəngin qidalar (banan, üzüm, kivi, gavalı, ərik və onların şirəsi, quru meyvələr, itburnu, həmçinin kartof, kələm, balqabaq) ürək üçün olduqca faydalıdır.

- Tərkibində maqnezium duzları ilə zəngin olan qidaların (çovdar və buğda kəpəkli çörəklər, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat) istehlakına üstünlük verilməlidir.

- Balıq tərkibindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan vacib məhsullardandır və qida rasionunda əsas yer tutmalıdır.

- Yatmazdan əvvəl yaranmış aclıq hissini aradan qaldırmaq üçün 1 stəkan kefir içilə və ya 1 ədəd alma yeyilməsi məsləhət görülür.

Son xəbərlər

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Əhali arasında narahatlıq: Alış-veriş zamanı kartlarımızdan əlavə pul tutulacaq?

Uşaqların beyninə zərər verən qida boyası

Ucalığın mübarəkdir, uca dağ - FOTO

Qarabağ və Şərqi Zəngəzurda su-kanalizasiya xidməti ilə bağlı görülən işlər açıqlanıb

İctimai nəqliyyat ödənişlərində YENİLİK

Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930