Bəsdi də

Evlən dedi, "üç tuz" olar sığdığın,
Qırx il olur can boğaza yığdığın,
Beynimi manqurt eləyib dığdığın,
Acışdırma şirin canı,bəsdi də,
Pir haqqı,vurram zopanı,bəsdi də.

Dığdığ ilə heç bərəkət görmüsən?
Düz yolumda səhv hərəkət gormüsən?
Çörək verənə it kimi hürmüsən,
Cana doyurma insanı,bəsdi də,
Gedib çağırram papanı,bəsdi də.

Ərə verincə bisavad düşgünü,
Tanıdaydı Kəramətin köşkünü,
Səfərdədir hər ayın on beş günü,
Gəzib gəlib el-obanı,bəsdi də,
Yenə sızlayır dabanı,bəsdi də.

Gedir getsin, bir az başım dinc olar,
Bu təklifdən ağlı kəsən gic olar,
Demişdilər savadsızlar bic olar,
Basıb çaya Xançobanı,bəsdi də,
Ay ifritə qulyabanı,bəsdi də.

Aqil gərək təmizləyə toz yolu,
Hərarətiylə əridə buz yolu,
Agbircəyin işi tapmaq düz yolu,
Allah da sevmir sapanı,bəsdi də,
Kim sevər ittək qapanı,bəsdi də.

O üzdən can suç,nəfəsim ah kibi,
Oynayıram monastırda rahibi,
Xəstədi,yoxdur yiyəsi,sahibi,
Qorxuram sığam çibanı,bəsdi də,
Soxar qarnıma yabanı,bəsdi də.

Nə olsun ki,girib mömin cildinə,
Dəyişmir heç,qışqır,ağla,dil denə,
Ha deyirəm tövbə elə,gəl dinə,
Kola qısnama qabanı,bəsdi də,
Çağırram Allah babanı,bəsdi də.

Gəlib baxsın,ya da ağıl yollasın,
Dəysin Məmmədin başına villası,
Çarə tapmır müsəlmanın mollası,
Çağır Romadan papanı,bəsdi də,
Ya da işə sal zopanı,bəsdi də...

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Son xəbərlər

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930