Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə 14 dekabr 2019-cu il tarixində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərmiş və əhalimizin sağlamlığını daim diqqət mərkəzində saxlamış Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, insanların sağlamlığı dövlətin və cəmiyyətin sağlamlığı deməkdir. Bu gün Ulu öndərin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Sağlam əhali – ölkənin uğurlu inkişafının zəmini və gələcək nəsillər üçün möhkəm təməldir!

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən ürək-damar sisteminin xəstəlikləri, əvvəllər olduğu kimi, dünyanın bir çox ölkələrində ölümün başlıca səbəbidir, müalicəsi isə çətindir və böyük vəsait tələb edir. Sözügedən konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunacaq. Konfransda yerli mütəxəssislər yanaşı Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertləti də iştirak edəcəklər.

Dörd paneldən ibarət olan konfransda “Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, “Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, “Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və “Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxışlar olacaq, maraqlı mühazirələr və interaktiv diskussiyalar aparılacaq.

Konfrans iclaslarının dörd panelinin gedişində Azərbaycandan ürək cərrahı Rəşad Mahmudov “Minimal invaziv cərrahiyyə”; Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan professor Yalım Yalçın “Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardioloji metodların rolu” mövzusunda,

uşaq kardiocərrahı professor Bülent Polat “Fallo tetradasinın ümumi korreksiyasında 20 illik təcrübə” və pediatr-neonatoloq Ozan Uzunhan “Yenidoğulmuşlarda kritik anadangəlmə ürək xəstəliklərinin erkən diaqnozunda pulsoksimetriyanın rolu”, İtaliyanın Boloniya Universitetinin kardiologiya kafedrasının dosenti, kardioloq Franko Nakarella “Müasir uşaq kardiologiyasında klinik və genetik konsultasiyalar”, Almaniyanın Yunq Ştillinq Klinikasının kardioloqu Yohannes Riks “Mitral və triksupidal qapaq çatışmazlıqlarında intervensiyon yenilikləri” və professoru Gündüz Dursun “Aorta qapağı dəyişimində və koronar revaskulyarizasiyada olan yeniliklər”, İranın Genetik Mühəndislik və Biotexnologiya üzrə Milli İnstitutun həkim genetiki Saber Siamak “Ürək qüsurları və genetik xəstəliklər arasında əlaqə” və digər yüksək ixtisaslı mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq təşkil olunan elmi-praktik konfransların keçirməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.

Konfrans haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://customshospital.az/anadangelme-urek-damar-xesteliklerinin-malicesinde-masir-yanashmalar/.

Son xəbərlər

Bütün gözlər onlara çevrilib

“Facebook” və “Instagram” çökdü

Sabahın hava proqnozu açıqlandı

İranda zəlzələ oldu

Messidən finalöncəsi emosional çağırış - Foto

Şəhid övladları Fransada - Fotolar

Şimşək çaxıb, leysan yağıb

Tramp İranın ABŞ ilə Anlaşma Memorandumunu dayandırmasından narahat deyil

BƏƏ Yaxın Şərqdəki gərginliyin dərhal dayandırılmasına çağırıb

DÇ-da üçüncü yer mübarizəsi - İngiltərə erkən qol vurdu

SÖZÜN KÖLGƏSİNDƏ YAŞAYAN ADAM - FOTO

46 yaşlı qadın qızdırmadan öldü

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Azərbaycan 6 ayda 24 milyard 661 milyon dollar dəyərində ticarət əməliyyatı apardı

44 gün enerji saxlayan "ƏBƏDİ TELEFON" - "iPhone 16 Pro"nu geridə qoyacaq

Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı

Bakıda 33 dərəcə isti olub - FAKTİKİ HAVA

Netanyahu Nyu-Yorka getsə, həbs olunacaq

MİQ imtahanları yekunlaşdı - Apellyasiya müraciətləri bu tarixdə başlayır

“Buna həqiqətən dəyərdimi, Haluk?” - Mahsun Kırmızıgül

FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir

İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib

ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

Allahşükür Paşazadə: Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Serial üçün imicini dəyişdi - Fotolar

DƏRD ORTAQLIĞI VƏ TALE OXŞARLIĞI - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031