Azərbaycanda qadınlar hansı xəstəliklərdən ölürlər? - ARAŞDIRMA

Hər il dünyada milyonlarla insan müxtəlif səbəblərdən ölür. Müharibələr, terror hadisələri, kütləvi yoluxucu xəstəliklər, soyqırımı aktları kimi hadisələr nəticəsində insan ölümü, təəssüf ki, statistikaya çevrilir.

Qadın ölümləri bu çoxmilyonlu “statistika”nın böyük bir hissəsini təşkil edir. Belə ki, adlarını sadaladığımız səbəblər qarşısında qadın zərifliyi çox tab gətirə bilmir.

Amma bu, o demək deyil ki, bütün qadınlar sadəcə terror, müharibə qurbanlarıdır. Dünya üzrə qadın ölümlərinə həm də müxtəlif xəstəliklər səbəb olur.

Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə qadınlar, əsasən, hansı xəstəliklərdən ölürlər?

Dövlət Statistika Komitəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə Azərbaycanda qadınlar arasında ölüm halları, əsasən, qan dövranı sisteminin xəstəliklərindən baş verib.

2018-ci ildə Azərbaycan Respublikası üzrə qan dövranı sisteminin xəstəliklərindən ölən qadınların sayı


2018-ci ildə əhalinin qan dövranı sisteminin xəstəlikləri ilə xəstələnməsi
(Səhiyyə Nazirliyinin məlumatlarına əsasən)
Azərbaycanda qadınlar hansı xəstəliklərdən ölürlər? - ARAŞDIRMA
Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor Adil Baxşəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb.

“Qadın nə qədər cavandırsa, qanında qadın cinsi hormonları lazımi qədərdirsə və klimaks vəziyyət əmələ gəlməyibsə, ürək-damar xəstəlikləri nisbətən az təsadüf olunur. Bu hormonlar qadınlara qoruyucu təsir edir, xolesterini aşağı salır və qan təzyiqinin qalxmasının qarşısını alır.

Menopauza dövründə artıq ürək-damar xəstəliklərindən əziyyət çəkmə halları kişilərə yaxınlaşır. İndi qadınlarda 30-35, bəzilərində isə 40 yaşa yaxın aybaşı tsiklində pozuntular əmələ gəlir. Bu zaman aybaşı tsikli vaxtından qabaq kəsilir, klimaks dövrü başlayır. Bəzən menopauza dövrü çox uzun çəkir.

Qadınların menopauza dövründən başlayaraq çəkiləri artır. Artıq çəki də ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün şərait yaradır. Qadınlar daha çox nevroz, kəskin revmatik qızdırma, ürəyin işemik xəstəliyindən əziyyət çəkir”, - professor dilə gətirib.

“Qadınlar vena - varikoz genəlməsi, intibahi xəstəlikləri və sair xəstəlikdən əziyyət çəkirlər. Müalicəyə gələn əksər qadınlarda normal venası olana rast gəlmək olmur. Xüsusilə üç uşağı olan qadının venaları görünür və orada tromplar əmələ gəlir. Bu, qorxuludur. Çünki həmin tromb yerindən qopub gedib ağciyər arteriyasını tuta bilər və qəfil ölüm verə bilər. Qadında nəzərəçarpacaq dərəcədə varikoz genəlməsi varsa, mütləq həkimə müraciət etməlidir”, - deyə Adil Baxşəliyev qeyd edib.

Aparılan araşdırmaya görə, Azərbaycanda infarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.

Professorun sözlərinə görə, qadınlar daha çox ürək çatışmazlığı, insult, beyinə qan sızma və digər xəstəlikdən ölürlər:

“Xüsusilə qadınlarda kişilər kimi şəkərli diabet əmələ gəlirsə, ölüm riski daha çox artır. Ümumilikdə infarktın baş verməsi halları qadınlarda daha az olur, amma infarkt nəticəsində qadın orqanizmi daha ciddi zədələnir, müalicəsi çətin olur.

Buna görə də qadınlarda infarktdan sonra ölüm halları kişilərlə müqayisədə çoxdur. Çünki qadın orqanizmi buna hazır deyil. Qadınlar infarktın elə ilk dəfə baş verməsi nəticəsində ölə bilərlər. Çünki onlarda zədələnmənin dərəcəsi də ağır olur və daha çox fəsad yaranır”.

ABŞ-ın Vaşinqton Universiteti nəzdində ümumdünya səhiyyə sahəsində tədqiqatlar aparan IHME (Sağlamlıq Göstəricisi və Qiymətləndirilməsi İnstitutu) adlı qeyri-hökumət təşkilatının hesabatına görə, Azərbaycanda 1990-2017-ci illər ərzində orta ömür üç il artıb, beş yaşdan aşağı uşaqlar arasında isə ölüm halları iki dəfədən çox azalıb.

Azərbaycanda ölümə səbəb olan əsas 10 xəstəlikdən səkkizi qeyri-infeksion xəstəliklərin payına düşür. Azərbaycanlılar üçün ən bəlalı xəstəliklər ürəyin işemik xəstəlikləridir. Statistika nə qədər üzücü olsa da, xəstəlik son 10 il ərzində 26,8, insult 1,8, serroz və böyrəklə bağlı digər xəstəliklər 13,3 faiz artıb.

Ölümə səbəb olan xəstəliklərin onluğunda aşağı tənəffüs yollarının xəstəlikləri, Altsheymer sindromu, neonatal pozuntular, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, ağciyər xərçəngi, şəkərli diabet və mədə xərçəngi də yer alır.

Eyni zamanda, Azərbaycanda bel ağrıları 26,8, baş ağrıları 15,7, şəkərli diabet 36,4 və yıxılma 47,2 faiz artıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin iki ayı üzrə 1903672 nəfər arasında tibbi profilaktik müayinə aparılıb.

Son xəbərlər

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930