“ASALA-nı ifşa edən kitabı Əli Həsənov məhv etdirdi” - SENSASİYA"ASALA-nı ifşa edən kitabı Əli Həsənov məhv etdirdi” - SENSASİYA


"Daşnaksyutunun ələ keçirdiyi insanlar illərlə Azərbaycanda güclü təbliğat aparıb. Sizə bir fakt danışım. Vüqar Qaradağlı ATV-nin prezidenti olan zaman ermənilərin bütün alçaq əməllərini faktlarla sübut edən bir kitab çap etdirdi.

Kitab "ASALA-bütün ermənilərin pasportu” (АСАЛА – Паспорт всех армян) adlanırdı. Kitab rus dilində 500 nüsxə çap edildi. O kitabın təqdimatı haqqında öyrənən Əli Həsənov bütün prosesləri saxlayıb, dərhal kitabı məhv etmək əmri verdi. Dərhal kitabın bütün nüsxələri yandırılaraq məhv edildi.

Bu faktdı, mən sübutsuz heç nə danışmıram. Vüqar Qaradağlı da şükür sağ-salamatdır faktı ondan da təsdiqlədə bilərsiniz."

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Rövşən Novruzoğlu deyib. O, Erməniləri terror təşkilatı olan "Daşnaksyutun” partiyasının Azərbaycandakı fəaliyyətindən, onların "verbovka” edib, təşkilata xidmət edən insanlar haqqında bir çox faktların üstünü açıb.

"Hələ müharibə başlamamışdan əvvəl AMEA-nın 16 mərkəzində "Krunq” təşkilatı var idi. Bu təşkilat bir erməni təşkilatı idi. Sovet hakimiyyəti zamanı bu təşkilat bütün post sovet ölkələrində fəaliyyət göstərirdi və ermənilərə kömək məqsədi ilə bura böyük pullar keçirilirdi.

O zaman dövlət təhlükəsizlik idarəsi bu təşkilat haqqında araşdırma apardı və ağlasığmaz faktları ortaya çıxardılar.


Bu təşkilat ifşa olundu və sıradan çıxarıldı. Araşdırmaların sonunda məlum oldu ki, "Krunq” təşkilatının bir neçə üzvü azərbaycanlı akademiklər idi. Hətta onların bəziləri vəfat edib, fəxri xiyabanda dəfn ediliblər.

Daha sonra R. Novruzoğlu bir sıra Azərbaycan nəşriyyatına ermənilərin əleyhinə hər hansı bir kitabı nəşr etməyə qadağa qoyulduğunu da vurğulayıb.

"Görün bu insanlar necə həyasızlaşmışdılar ki, bizim nəşriyatlarımıza ermənilərin əleyhinə olacaq heç bir kitabın çap olunmamasını tapşırmışdılar. Fikir verin, 1994-cü ildən ermənilri ifşa edəcək, onların terror hərəkətləri haqqında heç bir tədqiqat kitabları çap olunmurdu.

Ermənistan illərlə sapı özümüzdən olan insanların vasitəsi ilə bu istiqamətdə Azərbaycanda təbliğat aparıb”.

Politoloq Rövşən Novruzoğlunun dediyini, Əli Həsənovun ermənilərin əleyhinə olan kitabı məhv etdirdiyi faktını, təsdiqləmək üçün ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bunun doğru olduğunu bildirdi.

O, söylədi ki, həqiqətən də ermənilərin ASALA terror təşkilatının cinayət əməlləri haqqında çap etdirdiyi kitabı Əli Həsənov məhv etdirərək, təqdimat mərasiminə mane olub.

Televiziyanın keçmiş prezidenti hətta bundan sonra Əli Həsənov tərəfindən çox ciddi təzyiqlərə və təqiblərə məruz qaldığını da bildirib.

Son xəbərlər

ŞƏHLA XƏLİLQIZI : VƏFASİZ DÛNYA - FOTO

MİLLİ QURTULUŞ GÜNÜ – AZƏRBAYCANIN TALEYİNİ DƏYİŞƏN ZƏFƏR TARİXİ

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

SEVİNC YUNUSLU : Mən gözəl qız deyiləm - FOTO

Ermənistanda seçkilərin ilkin nəticələrinə görə Paşinyanın partiyası liderdir

Daha 1 il “Fənərbaxça”ya rəhbərlik edəcək

Məlahət Behbudqızı ✍️ : Çəkə bilməz - FOTO

TUBU İMANOVA : DƏNİZ VƏ KİTAB (Duyğusal hekayə) - FOTO

Fəxrət Süleymanov. Ömrünü dövlətə, xalqa vicdanla xidmətə həsr etmiş ziyalı: - FOTO

"Sahipsizler"in aktrisası bu seriala çəkiləcək - FOTO

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar

Oğlunun ölümünə cəmi 24 gün dözə bildi...

AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb

Ay bərəkallah, nə gözəl canlarıq! - FOTO

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Britaniyanın ən böyük hərbi gəmisi sıradan çıxdı

Bədəninizin "xoşbəxtlik kodu" var - Bunu bilirdiniz?

VÜSALƏ İSMAYILOVA : Öz adımı alçaltmadım gördüyüm hər kimsəyə - FOTO

Dünyada baş verənlər FOTOLARDA

Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Səadət Qərib : GÜL QADINLAR - FOTO

Uğurlara gedən yol - FOTO

Bir ilə 510 milyon qazandı - Rekord qırdı

"Kosmetik prosedurlardan qorxuram" - Nebahat Çehre

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930