"Demək, oğurlamısan ki, indi də təhvil verirsən" — Elçin Şıxlıdan Əli Həsənovu ifşa edən AÇIQLAMALAR“Mərdlikdən kim danışırsa danışsın, Əli Həsənov danışmasın. Çünki onun mərdliyin nə olduğundan ümumiyyətlə xəbəri yoxdur”.
Bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Prezidentin sabiq köməkçisi Əli Həsənovun Demokrat.az xəbər portalında son müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Əli Həsənov KİVDF-nin keçmiş rəhbərliyinə qarşı cinayət işinin açılmasından narahat olub və bu səbəbdən hisslərini cilovlaya bilmir:
“Əli Həsənov deyir ki, şirkətlərimi təhvil vermişəm. Adama sual verərlər ki, şirkətləri kimə və nə üçün təhvil vermisən?
Elnur Əliyev deyə bir adamın adını çəkir. Hesab edirəm ki, bütün bunlar oyunbazlıqdır və Vüqar Səfərlinin birdən-birə 100 mini büdcəyə qaytarması kimi bir şeydir.
Demək, oğurlamısan ki, indi də təhvil verirsən. Bir zamanlar deyirdin ki, ailəmə məxsus şirkətlərlə fəxr edirəm. Nə baş verdi və nə dəyişdi ki, indi fəxr etmirsən?
Vəzifədə olanda istədiyin işi edirdin və adını qoyurdun biznesmenlik. Vəzifədən çıxandan sonra biznesmenlik qabiliyyətini itirdin?”.
Elçin Şıxlı qeyd edir ki, Əli Həsənov Azərbaycan mətbuatını məhv edib və vəzifədən getdikdən sonra elementar davranış qaydalarını da itirib:
“O, vəzifədən azad ediləndən sonra ümumiyyətlə səsini çıxarmamalı, ya da diplomatik cavablar verməli idi. Lakin biz nəyin şahidi oluruq?
O, yenə əvvəlki ampulasındadır və yenə hədəfi yayındırmağa çalışır. Belə adamları sakitcə işdən çıxarmaq olmaz. Onları sona qədər ifşa etməlisən. Yox əgər ifşa etməsən, işləyib, sona qədər hər şeyi darmadağın edəcəklər.
Onun yürütdüyü siyasətinin nəticəsidir ki, hazırda mətbuata inam azalıb. Pademiya dövründə biz bunu aydın gördük və insanlarımız Həsənovun dövründə biabırçı kökə salınan TV və mətbuatın dediklərinə inanmır.
Əli Həsənov məqsədli şəkildə bu siyasəti yürüdüb və ölkəmiz bu gün də onun çirkin əməllərindən əziyyət çəkir”.(Sosium.az)

Son xəbərlər

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031