Kitab kitab dalınca: Boltondan sonra Trampı bu dəfə öz qohumu ifşa etməyə hazırlaşır – Daha bir qalmaqal yetişir…



Birləşmiş Ştatlar prezident Donald Trampın qohumu-onun doğma qardaşı qızı 55 yaşlı Merinin kitabının çapdan çıxmasının səbrsizliklə gözləyir.

Virtualaz.org xəbər verir ki, bu kitabda Trampın barəsində ifşaedici məlumatların yer alacağı gözlənilir. “Too Much And Never Enough” (“Həddən artıq çox və həmişə çatışmayan”) adlı kitab Tramp ailəsinin üzvləri arasında münasibətlərdən bəhs edir və indi Amerika ideri onun çapdan çıxmasını əngəlləməyə çalışır.
Kitab kitab dalınca: Boltondan sonra Trampı bu dəfə öz qohumu ifşa etməyə hazırlaşır – Daha bir qalmaqal yetişir…

Meri kitabında Trampla qardaşı (Merinin atası) arasında münasibətlərdən və onun ailəsnin üzvləri arasında çoxsaylı münaqişələrdən danışır. Habelə kitabda izah edir ki,“The New York Times” qəzetinin Tramp barədə səs-küylü arşdırmasında həlledici rol oynayıb. Həmin araşdırmaya əsasən Tramp atasının biznesindən vergi sxemlərinin köməyi ilə indiki məzənnə ilə 400 milyon dollar özünə götürüb. Bu araşdırma Pulitser mükafatına layiq görülüb, indi məlum olur ki, Meri qəzetə Trampın vergi bəyannamələrini və ailəsinin digər məxfi sənədlərini təqdim edibmiş.

Qohumu habelə Trampı “dünyanın ən təhlükəli adamı” adlandırır.
Kitab kitab dalınca: Boltondan sonra Trampı bu dəfə öz qohumu ifşa etməyə hazırlaşır – Daha bir qalmaqal yetişir…

Kitab avqust ayınd çapdan çıxacaq, amma Donald Tramp bəyan edib ki, Merinin kitabı dərc etmək hüququ yoxdur. Çünki 2001-ci ildə tərəflər məhkəmə çəkişmələrindən sonra şəxsi məlumatların yayılmamasına dair razılaşma imzalayıbıar. Bildirilir ki, kitabın məzmunu Trampı və onun digər qardaşını bərk hiddətləndirib. Bununla belə ABŞ prezidentinin mətbuat katibi Keyli Makineni jurnalistlərə bildirib ki, Tramp bu kitabı görməyib və orada yazılanlarla tanış deyil.
Kitab kitab dalınca: Boltondan sonra Trampı bu dəfə öz qohumu ifşa etməyə hazırlaşır – Daha bir qalmaqal yetişir…

Xatırladaq ki, bu günlərdə Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun kitabı ətrafında yaranan qalmaqalla məşğuldur. Keçmiş müşavir öz xatirələrində Trampın barəsində kəskin ifadələr işlədir, onun prezidentliyə layiq olmadığını, qərarlar qəbul edərkən ancaq öz maraqlarını düşündüyünü, beynəlxalq məsələlərdən başı çıxmadığını yazır. Tramp isə bu kitabla bağlı bir neçə dəfə Boltonu təhqir edib, onu “axmaq, kütbeyin” adlandırıb. Kitabda yazılanların “yalan və uydurma” olduğunu bildirib.(Virtualaz.org)

Son xəbərlər

AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb

Ay bərəkallah, nə gözəl canlarıq! - FOTO

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Britaniyanın ən böyük hərbi gəmisi sıradan çıxdı

Bədəninizin "xoşbəxtlik kodu" var - Bunu bilirdiniz?

VÜSALƏ İSMAYILOVA : Öz adımı alçaltmadım gördüyüm hər kimsəyə - FOTO

Dünyada baş verənlər FOTOLARDA

Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Səadət Qərib : GÜL QADINLAR - FOTO

Uğurlara gedən yol - FOTO

Bir ilə 510 milyon qazandı - Rekord qırdı

"Kosmetik prosedurlardan qorxuram" - Nebahat Çehre

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

İnsanlar dünyaya niyə gəliblər?- Numeroloqlar 9 həyat yolunu aşkarladılar

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Paşinyan jurnalist kimi işlədiyi dövrdə ABŞ-dən yardım alıb

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Əzizə Ağahüseynqızı : Bu dərdli torpağin daşına dönüm - FOTO

Binədə mağaza yanıb

Dünyada 10 milyona yaxın insan həyatını itirə bilər

ABŞ onlara viza vermədi

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930