Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB - Prezident kürəkənindən SENSASİON SÖZLƏR ABŞ prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cerard Kuşner Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Qaşıqçını terrorçu adlandırıb.

Turaztv.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Vanity Fair” informasiya yayıb.

Nəşr Maykl Vufun yeni dərc olunan “Mühasirə: Tramp atəş altında” (“Siege: Trump Under Fire”) kitabına istinadən məlumat verir ki, Kuşner İstanbul konsulluğunda naməlum şəkildə qətlə yetirilən Camal Qaşıqçını Usamə Bin Ladenlə əlaqələndirib.Kitabda Kuşnerin adı açıqlanmayan bir jurnalistə səs qeydindən kənar verdiyi müsahibədə Qaşıqçı haqqında “Bu adam kral ailəsindəki (Səudiyyə Ərəbistanı) bəzi fraksiyalar ilə Usamə arasında əlaqə yaradıb. Biz bunu bilirik. Jurnalistmi? Yox bir. Bu, jurnalist kimi üzünü maskalayan bir terrorçu idi”sözlərini deyib.

Xəbərdə, həmçinin, Kuşnerin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın ən yaxşı müdafiəçilərindən biri olduğu qeyd edilib.

Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Maykl Vulfun 2018-ci ilin əvvəllərində ABŞ prezidenti Donald Trampın prezident postundakı ilk ilindən bəhs edən və ən çox satılan kitablar siyahısına daxil olan “Alov və hirs: Tramp Ağ evin içindən” adlı kitabı da geniş mübahisələrə səbəb olmuşdu. Yazıçının əvvəlki kitabının davamı kimi dərc edilən “Mühasirə: Tramp atəş altında” adlı 315 səhifəlik kitabında Trampın sabiq və mövcud işçiləri ilə etdiyi müsahibələr yer alıb.

Xatırladaq ki, "Vaşinqton Post" nəşrinin əməkdaşı Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda naməlum şəkildə qətlə yetirilmişdi. Qətlin törədicilərinin və sifarişçilərinin adları hələ də gizli olaraq qalır.

Son xəbərlər

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930