Xəbərlər
7.10.2026, 22:42
Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Əziz qardaşım Vaqif Osmanlının 70 illiyinə töhfə.
İpək kələfitək həlimdi özü,
Şirindi söhbəti, dürüstdü sözü,
Qardaş-bacı etdi yolumuz bizi,
Verdiyi qismətə şükürlər olsun.
Görübdür həyatda varı, yoxu da,
Xərcləyib cibindən azı, çoxu da,
Yaza bir çıxacaq acı, toxu da,
Qırılmaz ülfətə şükürlər olsun.
İnsanlar əyləşir cürbəcür taxtda,
İsti ürəkləri vurmasın şaxta,
İnsanlıq yox olan belə bir vaxtda
İnsana hörmətə şükürlər olsun.
Olubsan adıntək hər elmə Vaqif,
Qəzavü-qədərə tuş gəlmə, Vaqif,
Atəşi sıradan bir(i) bilmə, Vaqif,
Bu günkü dəvətə şükürlər olsun,
Verilən qiymətə şükürlər olsun.
Ürəkdə sərvətə şükürlər olsun.
23.09.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

