İlahiyyatçı yazıçı, araşdırmaçı jurnalist, I qrup Qarabağ müharibəsi əlili, 26 kitab müəllifi Hacı Həsən Hüseyninin həyat və yaradıcılıq yolu


Bəzən insanın ömür yolu onun yazdığı kitablardan daha böyük bir əsərə çevrilir. Elə insanlar var ki, yaşadıqları ağır sınaqlara baxmayaraq sınmır, əksinə, ağrılarını elmə, biliyə, yaradıcılığa və xeyirxahlığa çevirirlər. İlahiyyatçı yazıçı, araşdırmaçı jurnalist, I qrup Qarabağ müharibəsi əlili, 26 kitab müəllifi, Həkəri qəzetinin şöbə müdiri Hacı Həsən Hüseyninin ömür yolu da belə nümunələrdəndir.
Hacı Həsən Hüseyni Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib, igidlik göstərib. Zəngilan istiqamətində gedən döyüşlərin birində ağır yaralanaraq yeddi il yataq xəstəsi olub. Lakin bu ağır sınaq onu ruhdan salmayıb.
Quranı mütaliə etməklə ərəb dilini öyrənən Hacı Həsən Hüseyni sonralar dini mövzuda dəyərli əsərlər yazmağa başlayıb. Onun yaradıcılığında insanları doğruluğa, mənəvi saflığa, mərhəmətə, xeyirxahlığa və Vətən sevgisinə çağırış mühüm yer tutur.

Hacı Həsən Hüseyninin “Xətai-535” adlı mənbələrə söykənən monoqrafiyası və üçcildlik “Vətəni sevmək imandandır” kitabları onun yaradıcılığının diqqətəlayiq nümunələrindəndir. Bu əsərlərin tərtibçisi və redaktoru olmaq mənim üçün də məsuliyyətli və şərəfli iş olub.
Onun müəllif kimi fəaliyyətini yalnız yazdığı kitablarla məhdudlaşdırmaq olmaz. Hacı Həsən Hüseyni həm də xeyirxah, qayğıkeş və insanlara əl tutmağı özünə mənəvi borc bilən ziyalıdır. Əlillik pensiyasını kitabların hazırlanmasına və nəşrinə sərf etməsi onun elmə, kitaba və mənəvi dəyərlərə bağlılığının göstəricisidir.
Türkiyədə keçirilən beynəlxalq konfransda dini mövzuda etdiyi çıxışların böyük maraq doğurması da onun geniş dünyagörüşünün və elmi-mənəvi axtarışlarının göstəricisidir.
Mən də Hacı Həsən Hüseyninin “Xətai-535” monoqrafiyasını, üçcildlik “Vətəni sevmək imandandır” kitablarını, tərtibçisi və redaktoru olduğum atam İlyas Allahverdiyevin üçcildlik “Yolda qalan izlər” kitabını, eləcə də Həkəri qəzetinin növbəti saylarını Səhiyyə Nazirliyinin Elmi-Tibbi Tədqiqat İnstitutunun kitabxanasına hədiyyə etdim.

İnanıram ki, kitabxanaya bağışlanan hər bir kitab gələcək nəsillərə ünvanlanan mənəvi mirasdır. Bu əsərlərin kitabxana rəflərində yer alması müəlliflərinin düşüncələrinin, həyat təcrübələrinin və xalqa xidmət amallarının yaşadılması deməkdir.
Qazilər şəhidlərimizin canlı əmanətləridir. Belə əmanəti qorumaq, onun əməyinə və yaradıcılığına dəyər vermək hər birimizin mənəvi borcudur. Xüsusilə müharibənin ağır sınaqlarından keçmiş, bütün məhrumiyyətlərə baxmayaraq elmə və yaradıcılığa sarılmış belə insanlara daha çox diqqət göstərilməlidir.
Hacı Həsən Hüseyninin həyat yolu bir daha sübut edir ki, insanın fiziki məhdudiyyətləri onun mənəvi gücünü məhdudlaşdıra bilməz. O, ağır yaralanmasına, uzun illər yataq xəstəsi olmasına baxmayaraq, iradəsini itirməyib, öyrənib, araşdırıb, yazıb və bu gün də insanlara faydalı olmağa çalışır.
Hacı Həsən Hüseyniyə möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və xalqımıza xidmət yolunda daha böyük nailiyyətlər arzulayıram.

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO
Rauf İLYASOĞLU
şair-publisist, jurnalist

Son xəbərlər

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Azərbaycanda ov mövsümü açılır

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Sözə sədaqətin yolu - FOTOLAR

Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

MƏN BASQALIM ÜÇÜN NƏ ETMİŞƏM? - FOTOLAR

Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031