Xəbərlər
7.10.2026, 22:57
Nicat Novruzoğlu : YARANMISAN - FOTO
Ağlama gözlərinin qadasını aldığım,
Yaşamaq haqqın sənin, həyatçun yaranmısan.
Sanıram yer üzündə pərilər misalısan,
Arzulara can atıb,muradçun yaranmısan.
Gözlərinin odunda canım elə bişəsi,
Bircə kərəm yox desən gedər ömrüm nəşəsi.
Nazın çəkiləsidi,qapın elçi düşəsi,
Sevgidən yoğrulmusan,büsatçun yaranmısan.
Fələk əsdirdi yaman bu hicran yellərini,
Qısqanaram küləyə darasa tellərini.
Yaxın olmasaq belə buraxma əllərimi,
Sən bu şair ürəkli Nicatçun yaranmısan.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay