Xəbərlər
7.10.2026, 21:58
Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)
37 yaşlı Rusiya vətəndaşı Türkiyədə paraşütlə uçarkən ölüb.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, Aleksandr Kişenet təlim üçün Fethiye bölgəsinə gəlib. Səhər o, təxminən 1900 metr yüksəklikdə yerləşən Babadağ buraxılış meydançasına qalxıb və təkbaşına uçuşa başlayıb.
Havaya qalxdıqdan qısa müddət sonra kişi naməlum səbəblərdən qayalara çırpılıb. O, hadisə yerində ölüb.
Cəsəd morqa aparılıb. Türkiyə hüquq-mühafizə orqanları qəzanın səbəbini araşdırır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

