Turaztv.az » Xəbərlər » Bir azca mən vardım, bir azca da sən - FOTO
Xəbərlər

Bir azca mən vardım, bir azca da sən - FOTO

23.11.2026, 12:19 6
Bir azca mən vardım, bir azca da sən - FOTO

Lirika

Tənha dayanmışdım yol ayrıcında,
Yox idi danışan, sözümü kəsən.
Kərəmlə Əslini kol ayırınca,
Lələ də yox idi o kolu kəsən,
Bir azca mən vardım, bir azca da sən.

Gözlərim axtaran o kəs yox idi,
Çəmən də lal idi, bir səs yox idi,
Dinib, danişmağa həvəs yox idi,
Var idi bir qoca, bəxtindən küsən,
Bir azca mən vardım, bir azca da sən.

Geriyə dönməyə yox idi üzüm,
Səni axtarırdı yol çəkən gözüm...
O qədər dayandım, ağrıdı dizim,
Bir ürək qalmışdı nanətək əsən,
Bir azca mən vardım, bir azca da sən...

Oxşar xəbərlər