​Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və 26 İyun — Silahlı Qüvvələr Günü münasibətilə ADPU-nun Quba filialının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin, Quba Rayon Heydər Əliyev Mərkəzinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə möhtəşəm tədbir baş tutub. “Azərbaycan Ordusunun inkişaf konsepsiyası və müasir hərbi quruculuq prosesi: Elmi-nəzəri baxış” adlı bu genişmiqyaslı tədbir ADPU-nun Quba filialının Böyük zalında yüksək coşğu ilə qeyd olunub.

​Tədbirin moderatoru — Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev giriş nitqi söyləyərək məclisi açıq elan edib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
​İlk olaraq kürsüyə dəvət olunan ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev öz geniş və proqram xarakterli məruzəsində bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz intibah dövrünü yaşayan Azərbaycan Ordusu bu gün texnoloji təchizatı, yüksək döyüş taktikası və mənəvi-psixoloji hazırlığı ilə dünyanın ən güclü orduları sırasındadır. Professor vurğulayıb ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan tarixi zəfərlər təkcə hərbi gücün deyil, həm də düzgün qurulmuş hərbi strategiyanın və elmi-nəzəri əsaslara söykənən idarəetmə modelinin bariz nümunəsidir.

​Yusif Alıyev çıxışında təhsil işçilərinin və gənc nəslin üzərinə düşən məsuliyyətdən danışaraq qeyd edib:
​"Bir elm və təhsil müəssisəsi olaraq bizim ən böyük borcumuz hərbi quruculuq prosesinə sadəcə hərbi nöqteyi-nəzərdən deyil, məhz elmi-nəzəri baxış bucağından yanaşmaq, bu şanlı tarixi dərindən araşdırmaq və gənclərimizin şüuruna aşılamaqdır. Güclü ordu təkcə müasir silahlardan ibarət deyil; güclü ordu həm də savadlı, strateji düşünməyi bacaran, milli ideologiyaya sadiq zabit və əsgər heyəti deməkdir. Biz universitet olaraq elə bir gənclik yetişdirməliyik ki, onlar həm sülh dövründə elmdə, təhsildə ölkəmizi irəli aparsınlar, həm də ehtiyac yarandığı anda vətənin müdafiəsinə hazır olan intellektual əsgərlərə çevrilsinlər."
​Məruzəsinin sonunda professor bütün şəxsi heyəti və hərbçiləri bayram münasibətilə təbrik edərək, rəhbərlik etdiyi filial kollektivinin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində dövlət qurumları ilə birgə layihələri bundan sonra da qətiyyətlə davam etdirəcəyini bildirib.
​Daha sonra çıxış edən SHXÇDX-nin Quba rayon şöbəsinin rəisi, polkovnik Yasin Aşurov vurğulayıb ki, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və orduya çağırışaqədərki hazırlıq səviyyəsi onların ən ümdə vəzifəsidir; müzəffər ordumuzun qazandığı tarixi qələbələr bu gün hər bir çağırışçı üçün ən böyük motivasiya mənbəyidir.
​Tədbir Quba Rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimovanın dəyərli fikirləri ilə davam edib. O, Ulu Öndər Heydər Əliyevin müasir ordu quruculuğundakı rolunun danılmaz olduğunu, bu gün mərkəz olaraq onun zəngin irsini və ordumuza verdiyi dəyəri gənc nəslə çatdırmaqdan qürur duyduqlarını ifadə edib. Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova isə öz növbəsində müasir Azərbaycan gəncliyinin həm idmanda, həm elmdə, həm də döyüş meydanında öz sözünü dediyini xatırladaraq, gənclərin fiziki və mənəvi baxımdan sağlam, vətənə sadiq yetişməsi üçün regional idarə olaraq var gücləri ilə çalışdıqlarını qeyd edib.
​Rəsmi hissənin sonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, polkovnik Yasin Aşurov 26 İyun — Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə effektiv tərəfdaşlıq əlaqələrinin qurulması, həmçinin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsindəki səmərəli və nümunəvi fəaliyyətinə görə Fəxri Diplom və Təşəkkürnamə ilə təltif olunub.
​Ardınca tədbirə xüsusi rəng qatan Quba rayonu Z. Kərimov adına Nügədi 1 saylı tam orta məktəbin II a və II b sinif şagirdləri səhnəyə çıxaraq öz musiqili təqdimatlarını nümayiş etdiriblər. Balaca fidanların vətənpərvərlik ruhundakı çıxışları hər kəs tərəfindən böyük rəğbətlə qarşılanıb. Proqramın sonunda tarixi günü əbədiləşdirmək məqsədilə bütün iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.

NƏHAYƏT ŞİRİNOVA
ADPU-nun Quba Filialı Heydər Əliyev Lektoriyasının müdiri.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


















Son xəbərlər

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir

Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Tanınmış aktyor dünyasını dəyişdi

Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək

Fransa İraqa qarşı - Yenilənir

Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub

Evliliyinin bitməsinə “Kızılcık Şerbeti”nin aktrisası səbəb olub?

Məşhur prodüser dünyasını dəyişdi

Monrealda atışma oldu - Yaralılar var

Şoyqu Hindistana getdi

Polşa prezidenti Türkiyəyə səfər edəcək

"Yeraltı"nın aktrisası reklamdan 11 milyon qazandı

"ABŞ və İran Hörmüz boğazını açıq saxlamaq üçün mexanizm yaratdılar" - Vens

VAQİF VÜQAR : Günahsızın edamından göynəyirdi dar ağacı - FOTO

BƏHRUZ MƏMMƏDOV : Yolun yorğun vaxtında səni axtaran adamdır diqqət - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930