Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Müasir müstəqil Azərbaycan dövlətinin güclənməsi, regional və qlobal miqyasda mühüm layihələrin icraçısına çevrilməsi birbaşa olaraq idarəetmə institutlarının səmərəli işindən və dövlət qulluqçularının peşəkarlıq səviyyəsindən asılıdır. Məhz bu səbəbdən ölkəmizdə dövlət qulluğu, sadəcə, bir peşə sahəsi deyil, eyni zamanda, milli maraqlara və dövlətçilik ideallarına xidmət edən şərəfli bir missiya olaraq qəbul edilir.

AZƏRTAC xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, həmin tarix ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilib.

Azərbaycanın bu qlobal təqvimi öz milli qanunvericiliyinə inteqrasiya etməsi ölkəmizin beynəlxalq idarəetmə standartlarına verdiyi əhəmiyyətin bariz nümunəsidir.

Hüquqi baza və institusional islahatların təməli

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə aparılan köklü islahatlar nəticəsində 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanun qəbul edilmiş və bununla da sahənin vahid hüquqi bazası yaradılmışdı. Bu qanunvericilik aktı dövlət qulluqçularının cəmiyyətdəki statusunu, onların hüquq və vəzifələrini tam rəsmiləşdirmiş, dövlət qulluğunda bacarıq və xidməti fərqlənmə prinsiplərini ön plana çıxarmışdı. Ötən dövr ərzində bu qanun mütəmadi olaraq təkmilləşdirilib, edilən mütərəqqi dəyişikliklərlə təkmil hüquqi akt səviyyəsinə çatdırılıb.

Ulu Öndər Heydər Əliyev dövlət qulluğu sisteminin hüquqi təməllərini qoymaqla yanaşı, dövlət qulluqçusunun mənəvi simasını və xalq qarşısındakı məsuliyyətini də hər zaman ön plana çəkir, hər bir məmurun fəaliyyətində dürüstlük, peşəkarlıq və dövlətçilik prinsiplərini əsas meyar hesab edirdi.

Müstəqilliyini bərpa etdikdən sonra ölkənin idarə olunmasında dövlət qurumlarının rolunu artırmaq və fəaliyyəti daha da səmərəli etmək məqsədilə onların strukturlarında davamlı islahatlar aparılıb. Heydər Əliyevin idarəçilik fəlsəfəsinə əsaslanan bu islahatlar bu gün də dövlət aparatının çevikliyinin təmin olunmasında və vətəndaş-dövlət münasibətlərinin daha sağlam təməllər üzərində qurulmasında müstəsna rol oynayır.

Bu məqsədlə Prezident İlham Əliyevin 2021-ci il 14 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibi təsdiq edilib. Bu addım dövlət qulluğu sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kadr siyasətinin vahid prinsiplər əsasında əlaqələndirilməsi işinə yeni nəfəs gətirib.

Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” və onun icrası üzrə Fəaliyyət Planı idarəçiliyin təkmilləşdirilməsində mühüm yol xəritəsi olub. Bu plan dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyənləşdirilməsi, rəhbər şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı, məlumat bazalarının və reyestrinin yaradılması, eləcə də dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının statusunun müəyyən edilməsi kimi strateji vəzifələri uğurla həll edib.

Rəqəmsal dövrün çağırışları və yeni idarəetmə standartları


Bu gün Azərbaycanda dövlət idarəçiliyi keyfiyyətcə yeni mərhələ keçib. Müasir dövrün qlobal çağırışlarına uyğun olaraq, dövlət qulluğunda "vətəndaş məmnuniyyəti" meyarı əsas fəaliyyət indikatoru olaraq ön plana çıxarılıb, xidmətlərin tam şəffaf mühitdə göstərilməsi üçün reytinq və rəqəmsal nəzarət mexanizmləri tətbiq olunmağa başlanıb. Xüsusilə dövlət qulluqçularının davamlı peşəkar inkişafı məqsədilə rəqəmsal səriştələr, kibertəhlükəsizlik və strateji idarəetmə mövzusunda fərdi təlim proqramlarına start verilib, strateji fəaliyyət planları çərçivəsində gənc, innovativ və yüksək intellektual kadrların idarəetməyə cəlb olunması prosesi sürətləndirilib. Dövlət qulluqçularının iqtisadi və sosial müdafiəsinin gücləndirilməsi, rotasiya qaydalarının təkmilləşdirilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə qəbul edilən yeni sənədlər bu sahədəki institusional islahatların davamlılığını təmin edir.

Ölkəmizin brendinə çevrilən "ASAN xidmət" modeli, rəqəmsal hökumət həllərinin tətbiqi və dövlət xidmətlərinin elektronlaşdırılması bürokratik əngəlləri minimuma endirib, idarəetmənin səmərəliliyini və şəffaflığını maksimum dərəcədə artırıb.

Prezident İlham Əliyev öz çıxışlarında dövlət qulluqçularının cəmiyyətdəki rolunu və üzərilərinə düşən mənəvi məsuliyyəti hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının “Dövlət məmuru xalqın xidmətçisidir, vətəndaşlara ləyaqətlə xidmət etməlidir” tövsiyəsi bu gün hər bir dövlət qulluqçusunun gündəlik fəaliyyətinə rəhbərlik edən əsas prinsipdir.

Xidməti fəaliyyətə ali qiymət və mənəvi stimul


Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanlar mütəmadi şəkildə dövlət mükafatları ilə təltif olunur.

Orden, medal və fəxri adlar dövlətçilik maraqlarının qorunmasında şəxsi töhfələri olan kadrlara verilən yüksək siyasi və mənəvi qiymət olmaqla yanaşı, dövlət aparatında çalışan gənc mütəxəssislərin motivasiyasına, çoxillik təcrübəyə malik şəxslərin isə əməyinə verilən ali dəyərin göstəricisidir.

Son xəbərlər

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir

Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Tanınmış aktyor dünyasını dəyişdi

Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək

Fransa İraqa qarşı - Yenilənir

Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub

Evliliyinin bitməsinə “Kızılcık Şerbeti”nin aktrisası səbəb olub?

Məşhur prodüser dünyasını dəyişdi

Monrealda atışma oldu - Yaralılar var

Şoyqu Hindistana getdi

Polşa prezidenti Türkiyəyə səfər edəcək

"Yeraltı"nın aktrisası reklamdan 11 milyon qazandı

"ABŞ və İran Hörmüz boğazını açıq saxlamaq üçün mexanizm yaratdılar" - Vens

VAQİF VÜQAR : Günahsızın edamından göynəyirdi dar ağacı - FOTO

BƏHRUZ MƏMMƏDOV : Yolun yorğun vaxtında səni axtaran adamdır diqqət - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930