Xəbərlər
23.06.2026, 03:04
QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO
Ey mənim cəfalı, vəfalı dostum -
Ürək, dayanmağa tələsmə hələ!
Hələ görüləcək çox işimiz var,
Ürək, dayanmağa tələsmə hələ!
Başdan uşaqlığı atmamışam mən,
Bu ömrə mənalar qatmamışam mən.
Hələ çox arzuya çatmamışam mən,
Ürək, dayanmağa tələsmə hələ!
Ömrü tələsdirmə sona yetməyə,
Bu gözəl dünyadan çıxıb getməyə.
Nə var ki, şıltaqlıq, şitlik etməyə,
Ürək, dayanmağa tələsmə hələ!
İtirdin nə qədər dostu, yoldaşı,
Sinəndə qubarın, gözdə göz yaşı,
Gəl,ömür yükünü bir az da daşı,
Ürək, dayanmağa tələsmə hələ!
Ürək, dayanmağa tələsmə hələ!
Ürək, dayanmağa tələsmə hələ!
Hələ görüləcək çox işimiz var,
Ürək, dayanmağa tələsmə hələ!
Başdan uşaqlığı atmamışam mən,
Bu ömrə mənalar qatmamışam mən.
Hələ çox arzuya çatmamışam mən,
Ürək, dayanmağa tələsmə hələ!
Ömrü tələsdirmə sona yetməyə,
Bu gözəl dünyadan çıxıb getməyə.
Nə var ki, şıltaqlıq, şitlik etməyə,
Ürək, dayanmağa tələsmə hələ!
İtirdin nə qədər dostu, yoldaşı,
Sinəndə qubarın, gözdə göz yaşı,
Gəl,ömür yükünü bir az da daşı,
Ürək, dayanmağa tələsmə hələ!
Ürək, dayanmağa tələsmə hələ!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













