Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində bilikli, intellektual, vətənpərvər gənclik yetişib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözlər Bərdədə 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin, Bərdə Regional Mədəniyyət İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə şöbəsinin rəisi Elbrus Bağırov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov, Bərdə regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Hacıyev və başqaları çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, gənclərin rayonun ictimai-siyasi həyatında fəal iştirakından, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, 2022-ci ildə gənclər və idman sahəsində əldə edilən uğurlardan danışıblar.

Tədbirdə bir qrup fəal gəncə diplomlar təqdim olunub. Sonra 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər həftəsi” çərçivəsində rayon gəncləri arasında keçirilən “Qədim Bərdə” adlı fotomüsabiqənin və məktəblilər arasında basketbol üzrə keçirilən şəhər birinciliyinin qalibləri kubok və diplomlarla mükafatlandırılıb.

Rəsmi hissədən sonra Bərdə Regional Mədəniyyət İdarəsinin dəstəyi və Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbinin bədii özfəaliyyət kollektivinin hazırladığı musiqi proqramı təqdim olunub.
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR

Son xəbərlər

Tramp: ABŞ-a İran nefti lazım deyil

Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını düşünür

Millətlər Liqasında IV tura yekun vurulub

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi - FOTO

İspaniya Xorvatiyanı məğlub etdi

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN

NARAHAT OLMA, ATA...

Bu ölkə "Avroviziya"dan imtina etdi

Mənim burda ahlarımdan Sibirdə Baykal gölü bir az sola çəkili -Sevinc YUNUSLU

Sumqayıtda məktəb direktoru vəfat etdi

17 oktyabr 2026-cı il tarixdə Hicran Faiq Əhmədlinin kitab təqdimatı keçiriləcək.

Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt

Türkiyədə qanunsuz miqrantlar saxlanıldı

Sazın sehrində, sözün qüdrətində yaşayan ömür - Aşıq Altay Məmmədli

Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi

Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı

Fransada tələbə üsyanı böyüyür - Fotolar

Hollivudda tarixi razılaşma - 110 milyardlıq nəhəng şirkət quruldu

İçkili halda maşın sürən Blok3 belə cəzalandırıldı

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031