Turaztv.az » Xəbərlər » Türkiyədə Özcan Dəniz də daxil narkotik istintaqı çərçivəsində saxlanılan 9 nəfər sərbəst buraxılıb
Xəbərlər

Türkiyədə Özcan Dəniz də daxil narkotik istintaqı çərçivəsində saxlanılan 9 nəfər sərbəst buraxılıb

26.11.2026, 11:17 4
Türkiyədə Özcan Dəniz də daxil narkotik istintaqı çərçivəsində saxlanılan 9 nəfər sərbəst buraxılıb

Türkiyədə narkotik maddə istintaqı ilə bağlı saxlanılan 9 məşhur şəxs məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Məlumatı "Haber Global" yayıb.

Bildirilib ki, narkotik istintaqı çərçivəsində Ceylan Kaya həbs edilib, Özcan Dəniz, Dəniz Çakır, Burcu Özbərk də daxil olmaqla 9 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan narkotik vasitələrlə əlaqədar istintaq çərçivəsində ötən gün 35 nəfər, o cümlədən aktyor, müğənni Özcan Dəniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Dəniz Çakır saxlanılmışdı.

Oxşar xəbərlər