Xəbərlər
Kuşner Putini "tarixi şəxsiyyət" adlandırdı
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya prezidenti Vladimir Putini tarixi şəxsiyyət və "siyasətin böyük ustadı" adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə o, jurnalist Matthias Döpfner ilə müsahibəsində bildirib.
"Prezident Putin çox mütəşəkkildir. O, şübhəsiz ki, siyasətin böyük ustadı, tarixi şəxsiyyətdir. O, həmişə çox yaxşı hazırlaşır, çox düşüncəlidir, söhbətlər zamanı çoxlu qeydlər aparır və sonra mövqeyini çox konkret şəkildə təqdim edir. Onun müzakirə olunan məsələləri çox dərindən başa düşdüyü tamamilə aydındır", - deyə Kuşner qeyd edib.















