Xəbərlər
Balayar SADİQ : Qapını aç - FOTO

Son ümidin göz yaşını,
Sən silirsən, ya mən silim?!
Dərdlərinə boyum çatmır,
Bir az əyil, vətən, silim...
Kim yalanı balınc-balınc
Başının altına atıb?!
Aç qolundan, bu saatın
Qələbə əqrəbi yatıb.
Demədiyim söz kimisən,
İçimi yandırır ahın.
Kimin gözünə sərmisən? -
Yaman nəm çəkib sabahın.
Gözləri şəhid köynəklim,
Bir güzgüyəm göz yaşına.
Götür, bir azca duz çevir,
Gəlməyən günün başına.
Kimin cibində gizlənib,
Şəhidlərin qisas günü?!
Bayraq elə hər anını,
Gözlərimdən gəl,as-günü!
Uzaqların çal-çağırlı,
Yaxınların ac-yalavac.
Həqiqət döyür qapını,
Qorxma, vətən, qapını aç!!!









