Turaztv.az » Xəbərlər » Bu ölkədə tələbələrə süni intellektdən istifadə etməyə icazə verildi
Xəbərlər

Bu ölkədə tələbələrə süni intellektdən istifadə etməyə icazə verildi

25.11.2026, 22:05 4
Qazaxıstanın elm və ali təhsil naziri Səyasat Nurbek tələbələrin təhsil və tədqiqat işlərində süni intellektdən istifadə etməsinə niyə icazə verildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, 2022-2023-cü illərdə süni intellekt sahəsində böyük dəyişikliklər başlayanda tələbələrin təhsil prosesində və tədqiqat işlərində bu vasitələrdən istifadəsinə icazə verilib-verilməməsi müzakirə olunub.

“Düzünü desəm, süni intellektdən istifadəni tamamilə qadağan etmək mümkün deyil. Bunu qaydalarda və əmrlərdə yazmaq olar, amma planşeti və ya kompüteri olan hər kəs süni intellektdən istifadə edə bilər. Buna görə də biz süni intellektin elementlərini təhsil prosesinə mümkün qədər geniş şəkildə daxil etmək qərarına gəldik”, - nazir bildirib.

Tələbələr yazılı və tədqiqat işlərində süni intellektdən müəyyən şərtlərlə istifadə edə bilərlər. Nazir vurğulayıb ki, analitik hissələrin, nəticə və yekunların hazırlanmasında alqoritmlərdən istifadə etmək olmaz. Bu bölmələri tələbə özü araşdırmalı və öz qənaətini təqdim etməlidir.

Süni intellektdən və ya alqoritmlərin nəticələrindən istifadə edildikdə isə bu, mütləq qeyd olunmalıdır. Tələbə işin hansı hissəsini hansı alqoritmin köməyi ilə hazırladığını, əldə etdiyi məlumatları necə emal etdiyini göstərməlidir.

Səyasat Nurbek özü də gündəlik işində süni intellektdən istifadə etdiyini deyib. O, çətin mövzuları daha asan anlamaq üçün alqoritmə həmin məsələni 10 yaşlı uşağa izah edirmiş kimi, sadə və əsaslandırılmış şəkildə, vizual nümunələrlə açıqlamağı xahiş etdiyini bildirib.

“Biz süni intellektə köməkçi vasitə kimi yanaşırıq. Məqsəd odur ki, o, daha sürətli öyrənməyə kömək etsin”, - nazir fikrini yekunlaşdırıb.

РесурсFacebookWhatsAppTelegram

Oxşar xəbərlər