Turaztv.az » Xəbərlər » “Brangelina” razılığa gəldi - İllərdir davam edən məhkəmə başa çatdı
Xəbərlər

“Brangelina” razılığa gəldi - İllərdir davam edən məhkəmə başa çatdı

26.11.2026, 11:54 2

Hollivud ulduzları Ancelina Coli və Bred Pitt 2014-cü ildə evləndikləri Fransadakı “Şato Miraval” şərab malikanəsi üzərində illərdir davam edən hüquqi mübarizəyə məhkəmədənkənar razılaşma ilə son qoyublar.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, əldə olunan razılaşma tərəflərin bir-birinə qarşı qaldırdığı bütün iddialara xitam verir.

Hər iki aktyorun nümayəndələri yaydıqları birgə bəyanatda ailələrinin maraqları naminə razılığa gəldiklərini və bundan sonra məsələ ilə bağlı şərh verməyəcəklərini bildiriblər. Bəyanatda mediaya xəbərdarlıq da yer alıb: “Mətbuatda “mənbələrə” istinadən dərc olunacaq şərhlər bizə və ya bizə yaxın hər hansı şəxsə aid deyil”.

Xatırladaq ki, mübahisə Bred Pittin keçmiş həyat yoldaşını malikanədəki payını ondan icazəsiz rusiyalı oliqarx Yuri Şaflerin nəzarətində olan içki şirkətinə satmaqda ittiham etməsi ilə başlamışdı. Ancelina Coli isə buna cavab olaraq Pittin 2016-cı ildə şəxsi təyyarədə ona və uşaqlarına qarşı zorakılıq etdiyini iddia edən əks iddia qaldırmışdı.

Ötən ilin sonunda səkkiz illik boşanma prosesini rəsmi olaraq yekunlaşdıran cütlük üçün “Şato Miraval” işi aralarındakı sonuncu böyük hüquqi mübahisə idi.

Oxşar xəbərlər