Xəbərlər
SEVİNC YUNUSLU : Demişdimmi?
Demişdimmi məni qırma
Sevdimsə ölüncədi..
Könlümü döndərmə mənim
hər şey bu lənət könül
bir yolluq dönüncədi..
Demişdimmi məni yorma
min ildi yol gəlirəm..
Araya həsrət saldınsa
daha gəlmə, ölürəm..
Demişdimmi məni vurma
Söz yarası ağırdır ,
çox da pis e ağrıdır..
Demişdimmi , anam canı,
dilimdi sərt, mənim könlüm fağırdır..
İndi niyə ağlayırsan
o dardan asdığına..
Göz yaşların səndən gözəl
sarılır yastığıma..
Demişdimmi günüm çıxır
səhər sən oyananda..
Demişdimmi gecəm düşür
sən yuxuda olanda?..
Demişdimmi, yaxşı düşün,
mənə sənsiz çətindir..
Demişdimmi yağış yağsa
saçlarıma ovucların çətirdir..
Demişdimmi atam da sən ,
anam da sən, balam da!
Demişdimmi uzaq durma
boğuluram səndən ayrı qalanda..
Demişdimmi
Yox e bunu unutdum e,
bu gün sənə demədim..
ağzımı tutduqca əlim
yad nəfəsdə saatlarla
inlədim..
Demişdimmi məni sorma
nə dosta, nə yadlara..
Sən Tanrılıqdan çıxdınsa
gərək də yox andlara..
Bir də onu demişdimmi
canın yanar, pis yanar
mən özüm yandıraram!
Bir də onu demişdimmi
özümü də səni də
yoxluğuna ömürlük
Özüm inandıraram..
Demişdimmi?
Demişdim!..
Sevdimsə ölüncədi..
Könlümü döndərmə mənim
hər şey bu lənət könül
bir yolluq dönüncədi..
Demişdimmi məni yorma
min ildi yol gəlirəm..
Araya həsrət saldınsa
daha gəlmə, ölürəm..
Demişdimmi məni vurma
Söz yarası ağırdır ,
çox da pis e ağrıdır..
Demişdimmi , anam canı,
dilimdi sərt, mənim könlüm fağırdır..
İndi niyə ağlayırsan
o dardan asdığına..
Göz yaşların səndən gözəl
sarılır yastığıma..
Demişdimmi günüm çıxır
səhər sən oyananda..
Demişdimmi gecəm düşür
sən yuxuda olanda?..
Demişdimmi, yaxşı düşün,
mənə sənsiz çətindir..
Demişdimmi yağış yağsa
saçlarıma ovucların çətirdir..
Demişdimmi atam da sən ,
anam da sən, balam da!
Demişdimmi uzaq durma
boğuluram səndən ayrı qalanda..
Demişdimmi
Yox e bunu unutdum e,
bu gün sənə demədim..
ağzımı tutduqca əlim
yad nəfəsdə saatlarla
inlədim..
Demişdimmi məni sorma
nə dosta, nə yadlara..
Sən Tanrılıqdan çıxdınsa
gərək də yox andlara..
Bir də onu demişdimmi
canın yanar, pis yanar
mən özüm yandıraram!
Bir də onu demişdimmi
özümü də səni də
yoxluğuna ömürlük
Özüm inandıraram..
Demişdimmi?
Demişdim!..









