Turaztv.az » Xəbərlər » Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb
Xəbərlər

Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb

26.11.2026, 11:57 2
Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb

İran Prezidenti Məsud Pezeşkian ölkə vətəndaşlarını "ixtilafları kənara qoymağa" çağırıb.

Bu barədə Yaxın Şərq mediası məlumat yayıb.

M.Pezeşkianın sözlərinə görə, İranın əleyhdarları ölkənin dağılmasını arzulayırlar: "Lakin vətəndaşlar ixtilafları kənara qoymalı, səyləri birləşdirməli, öz güclərinə və xalqın iştirakına arxalanaraq ölkənin inkişaf yolu ilə irəliləməsini davam etdirməlidirlər".

O, həmçinin bildirib ki, İrana qarşı sanksiyalara, eləcə də ABŞ ilə silahlı qarşıdurmaya baxmayaraq, ölkə öz inkişafını davam etdirib.

Oxşar xəbərlər