Xəbərlər
5.06.2026, 01:03
XATİRƏ İSMAYILOVA : Deyəcəyəm - FOTO
Bir qonaq gələcək ömrümə birdən,
Bir kəlmə söyləməz gəldiyi yerdən.
Deyəcək: “Dur gedək,
səninçün gəldim,
Bir əmri-baqi var
görünməz göydən...”
Desəm ki, bir dayan, hələ işim var,
Güləcək: “İşini görən tapılar.”
Desəm,vidalaşım dostla-qohumla,
Deyəcək: “Özləri gələcək o
son görüşə.”
Desəm ki,yox, hələ hazır deyiləm,
Deyəcək: “Çəkəcək nazın deyiləm.”
Deyəcəyəm: “Bəs Allah, ondan
qorxum çox...”
Deyəcək: “Qorxunun cana, bil, heç
faydası yox...”
Bir kəlmə söyləməz gəldiyi yerdən.
Deyəcək: “Dur gedək,
səninçün gəldim,
Bir əmri-baqi var
görünməz göydən...”
Desəm ki, bir dayan, hələ işim var,
Güləcək: “İşini görən tapılar.”
Desəm,vidalaşım dostla-qohumla,
Deyəcək: “Özləri gələcək o
son görüşə.”
Desəm ki,yox, hələ hazır deyiləm,
Deyəcək: “Çəkəcək nazın deyiləm.”
Deyəcəyəm: “Bəs Allah, ondan
qorxum çox...”
Deyəcək: “Qorxunun cana, bil, heç
faydası yox...”
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








