
Xəbərlər
4.06.2026, 14:49
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə köhnə Ələt–Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
"Zil" markalı yük və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə zamanı xəsarət aldığı bildirilən dörd nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









