Xeyirxah, Vətənpərvər, ziyalı...
Xeyirxah, Vətənpərvər, ziyalı...Alış müəllim – Qəlbi təmiz, xeyirxah bir insandır,
Hər yerdə, hər zaman ədalət ilahəsi, “Femidanı axtarandır”.
Ey alim, gecələr yatmayıb yuxusuz qaldın,
Qanun “Şah” olduğunu tədris etdiyini elmdən aldın!

Həc ziyarətində olduğun zaman,
Göylərə əl açıb, “Qarabağ” deyib
dua etdiyin bir an
Göydən nida gəldi, ey alim dayan!
Alimin mürəkkəbi, Şəhidin qanı
Tanıdar dünyaya Azərbaycanı!

Bilirik, Qarabağ deyilən bir dərdimiz var.
Müəllim icazə ver bir qədər irəli qaçım.
Vətən torpağından, Xocalıdan Sizə söz açım.
On nədir, yüz nədir, neçə min insan,
Qorunmaq istədi özün soyuqdan.
Qorunmaq istədi borandan, qardan!

Professor, Qarabağ dərdimiz tezcə bitəcək,
Öyrətdiyin tələbələr bunu sübut edəcək.
Üzeyirin bəstəsi, Qasımovlardan
Birinin ecazkar səsi, digərinin tələbəsi.

Nənəmin nalçası, həm də xalçası.
Dünyaya səs salıb Vətən deyəcək,
Azərbaycan deyəcək!
Mikoyanlar, dığalar!
Qarabağ əvəzinə,
Qulağının ardın görəcək
Bağışla! Qarabağ sizindir, sizin deyəcək!
Tezliklə Paşinyanlar bunu təsdiq edəcək!
Özü də yaxşı bilirdi, kapituliyasiya aktına.
Necə, nə vaxt, harda?
Hansı şəraitdə qol çəkəcək!
Müəllim, getdiyin həc ziyarəti.
Üz tutub əl açıb etdiyin o, ibadəti,
O, tanrının səxavəti, Qarabağın hərarəti.
Şuşada xarı bül-bülün həsrəti,
Çağırdı ki, gəlin qoşa.
Bu gecə yuxuma girmişdi Şuşa.
Ay Həci gördüm ki. Şuşaya gedirik qoşa.
Hamlet deyir yuxularım çin çıxacaq!
İnanın Turan eli bir olacaq!
Qarabağ bizimdir, bizim olacaq!
Ah, nə ola, ölməyəydik,
Biz o günü görəydik.
Bakı – Şuşa uçağına minərdik,
Aeroporta igid Əlif adı verərdik.
Bakı – Şuşa uçağını.
Xocalıya birbaşa endirərdik.
Tezliklə eşidəcəyik:-
Diqqət, diqqət. Azərbaycan hava yolları.
Buyurun, Qarabağ təyyarəsi eniş edir. Açır qolları!
Amin, Amin – İlahi Amin!

ƏZİZ ŞUŞA, SƏN AZADSAN!
ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ!
ƏZİZ ŞUŞA BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK!

Xalqın istəyi – İlham Əliyevin – sərkərdəmin, dəstəyi,
Fizuli aeroportuna göydən də, yerdən də yönləndirib yolları.
Ey insanlar, sülhə gəlin! Şuşaya gəlin!
Qarabağa gəlin – missiya göndərin,
Acı həqiqətləri görün, haqqın səsini eşitsin dünya!
Təkrar edirəm sülhə gəlin, yoxsa məhv olar dünya!

Bu şeri Heydər Əliyev adına hava limanının gözləmə zalında qələmə aldım. Elə bu vaxt Naxçıvandan Bakıya gələn təyyarə yerə endi!.. İnşAllah Fizulidən “start” götürən təyyarə xarici turistləri tezliklə Qafqazın incisi, mədəniyyətimizin paytaxtı olan Şuşa şəhərinə çatdırar!
Səbirsizliklə gözləyirik.
“Dispeçeri” dinləyirik.
İNŞALLAH bu il,
Gözümüzlə görməliyik!

Diqqət-Diqqət Azərbaycan hava yolları – Fizulidən Şuşaya gələn təyyarə yerə enir- nə gözəl...
Moşu müəllim bu anda deyəcək: -
XOŞBƏXTLİK, XOŞBƏXTLİK, XOŞBƏXTLİK!...

Hamlet Tofiqoğlu

Azərbaycan Respublikası DİN.
DQAHM-də andiçmə mərasimində Mirtofik
and içərkən qələmə alınıb

And içdim Vətənimə Dövlətimə...

Qeydiyyat vərəqəsi verdilər mənə,
Dedilər hazır ol, Vətənə xidmət etməyə.
Onsuzda bu yolu getməliyəm mən.
Torpağımı, Qarabağımı azad etməliyəm mən!
Çağırış bölməsinə rəhbərlik edən,
Komandir dedi mənə Afərin qəlbən
Oğlum, hələ sən yeniyetməsən.
Vaxtı gələndə sən də gedərsən,
XI sinfi bitirdim gördüm,
Vətən yenə dardadır,
Ermənilər, dənizdən dənizə,
Başqa bir xülyadadır.
Torpaqlarım zəbt olub,
Başı qalmaqaldadır.
Fikirləşdim. Atəşkəsdir deyib,
MİNSK qrupu bizi yenə aldadır.
Duydum ki,Vətən çağırır məni!
Hərbçi olmaq üçün ilk addım atdım...
Deyərdim uşaqlıq – arzuma çatdım.
İnnovasiya sistemində, hərb imtahanına
Məndə qatıldım!
Arzu ilə birlikdə zehni-hafizəm,
Birləşdik, biz qalib də gəldik!
Hərb meydanında kursant adına,
Zəhmət çəkib biz də yüksəldik!
And içdim Dövlətimə, Bayrağıma!
And içdim Vətənimə, torpağıma!
Ey Ali Baş Komandan!
Müsəlləf kursantam mən də bu gündən!
Qoymaram düşmən keçsin mənim elimdən!
Ey hərbçi, ali tələbə!
Bil ki, sənindir yalnız qələbə!
Gedərsən Vətən üçün yalnız irəli!
Əla xidmət edərsən, onu yaxşı bilməli!
Təlimləri dərindən AHM-də öyrənməli!
Vətənpərvər qəlbinlə,
Ali Baş Komandanın!
Əmrini gözləməli!
Bu günün kursantı – 4 ilin leytenantı!
Təlimata uyğun xidmət edərsən!
Ucal zəhmətinlə, yaxşı əməllərinlə,
Mirtofik! – Vətən çağırır səni!
Yüksələr rütbən, hərbdə qalarsan!
Zamanı gələndə general olarsan!...


Hamlet Tofiqoğlu

Son xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31