Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk təması onun hakimiyyətə gəlməsindən sonra, 2018-ci ilin sentyabrında Düşənbədə olub və o zaman prezident məsələni həll etməli olduqlarını bildirib.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.

C. Bayramov qeyd edib ki, Nikol Paşinyanın mövqeyi isə kifayət qədər konstruktiv olub və hakimiyyətə yeni gəldiyini, münaqişənin həlli üçün lazımi addımları atacağını deyib.

"Cənab prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması barədə tapşırıq verir. Nikol Paşinyanla ölkələr arasında bir qaynar xəttin təşkilinə razılıq əldə olunur və bu xətt formalaşdırılır ki, hansısa gərginlik olduqda dərhal tərəflər sabitliyi təmin etmək üçün addım atırlar".

C. Bayramov əlavə edib ki, həmin görüşdən bir müddət sonra Paşinyan mövqeyini dəyişir:

"Hətta münaqişənin həlli yönündə addım atacağı təqdirdə, onu öldürəcəklərini deyir. "Siz istəyirsiniz ki, məni öldürsünlər", - deyir. Cənab prezident isə bildirir ki, biz heç kimin ölməsini istəmirik".

Nazir xatırladıb ki, sonradan 2019-cu ildə Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" ifadəsini işlədir.

"2020-ci il iyulun 10-da Ermənistanın yeni Milli Təhlükəsizlik konsepsiyası hazırlanır və Birinci Qarabağ müharibəsinin nəticələrinin möhkəmləndirilməsi həmin konsepsiyaya əlavə edilir. Daha sonra Polad Həşimovun qətlində iştirak edən hərbçilərin təltif olunması həyata keçirilir. Bunların hamısı qırmızı xəttin keçilməsi idi. Daha sonra belə bir ifadə işlədilir ki, Azərbaycan qondarma Dağlıq Qarabağ Respublikasının üzvləri ilə danışıqlar aparmalıdır. Bu isə həmin vaxta qədər olan bütün danışıqlar sisteminin darmadağın edilməsi idi".

Son xəbərlər

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930