III Qlobal Media Forumunun Xankəndidə keçirilməsi, Azərbaycan tarixində və informasiya fəlsəfəsində bir dönüş nöqtəsidir. 30 il boyunca separatizm və qanunsuz işğal rejiminin rəmzi olmuş bu şəhərdə bu gün azad sözün, hüququn və dövlət suverenliyinin səsi ucalır. Prezident İlham Əliyevin bu Forumdakı çıxışları və jurnalistlərin suallarına verdiyi cavablar, sadəcə siyasi bəyanat deyildi – bu, həm ideoloji təmizlənmə, həm mənəvi haqqın təntənəsi, həm də fikir və hüquq fəlsəfəsinin zəfəri...

Prezidentin cavablarında Aristotelin “orta yol” fəlsəfəsi ilə Kantın “kategorik imperativ”i birləşdi. O bildirdi:

“Azad media ilə təxribat arasında xətt aydın olmalıdır. Biz informasiya azadlığını müdafiə edirik, amma dövlətimizə, xalqımıza qarşı informasiya təcavüzünə dözməyəcəyik.”

Bu fikirlər bir dövlət başçısının məsuliyyətli sözə çağırışıdır. Xankəndidə – keçmiş separatizmin mərkəzində – bu sözlərin deyilməsi təkcə milli mövqedir, həm də tarixi ədalətin fəlsəfi bəyanatıdır.

Prezidentin vurğuladığı əsas məqamlar BMT Nizamnaməsinə, 1975-ci il Helsinki Yekun Aktına və 2020-ci il 10 noyabr razılaşmasına əsaslanırdı. O, beynəlxalq medianın diqqətinə çatdırdı ki:

Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquqla tanınır və artıq faktiki olaraq bərpa olunub;

Qarabağda bütün hüquqi və sosial sistem Azərbaycanın Konstitusiyası əsasında qurulacaq;

Etik jurnalistika, yalan təbliğatdan fərqli olaraq, xalqları birləşdirə bilər.

Bu yanaşma hüquqi realizmlə humanist fəlsəfənin vəhdətidir. Prezidentin cavablarında hüquq müdafiəsi təkcə normativ deyil, həm də mənəvi borc kimi təqdim olunurdu.

Xankəndi Simvolizmi: Ruhun Qayıdışı

Prezident Əliyevin Xankəndidə söz deməsi, təkcə siyasi deyil – ruhani və fəlsəfi qayıdışdır. Bu şəhər uzun illər təhrif olunmuş tarix, susdurulmuş azadlıqlar və hüquqsuzluğun simvolu olmuşdu. Bu gün isə Prezidentin öz dilindən bu mesaj verilir: “Azadlıq – yalnız torpağın deyil, fikrin də azadlığıdır”.

Bu, Füzulidən Nizami Gəncəviyə qədər Azərbaycanın mənəvi xəzinəsində yer alan ədalət və hikmət çağırışının müasir ifadəsidir.

Prezident İlham Əliyev həm də media nümayəndələrinə bir mənəvi məsuliyyət və çağırış ünvanladı:

“Media xalqlar arasında körpü olmalıdır, nifrət aləti yox. Kimliyindən, ölkəsindən asılı olmayaraq, jurnalist ilk növbədə həqiqətin və vicdanın adamı olmalıdır”.

Bu, universal etikaya çağırışdır – “media azadlığı” anlayışının konstitusional çərçivədə, etik və hüquqi məsuliyyətlə müşayiət olunmasının zəruriliyidir.

III Qlobal Media Forumu Xankəndidə keçirilməklə, Azərbaycan dövləti bütün dünyaya mesaj verdi:

Söz də, torpaq da, haqq da sahibinə qayıtdı.

Prezident İlham Əliyevin çıxışları və cavabları bir daha sübut etdi ki, informasiya azadlığı yalnız demokratik institut deyil – bu, həm də milli mənlik, hüquqi məsuliyyət və mənəvi ləyaqətin ifadəsidir. Onun yanaşması, Azərbaycanın informasiya suverenliyini təmin edən fikir və hüquq fəlsəfəsinin modelidir.

Mən bir hüquq müdafiəçisi kimi bəyan edirəm: bu çıxışlar yalnız bir siyasi liderin mövqeyi deyil, həm də gələcək nəsillər üçün dövlət fəlsəfəsinin və hüquqi humanizmin təməl sənədidir.

David Seliverstov - Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümum İsrail Qafqaz Yəhudiləri Asossasiyasinin Azərbaycan nümayəndəliyinin sədri

Son xəbərlər

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930