Xəbərlər
30.03.2025, 23:17
Tonqa sahillərində güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilib
Tonqa sahillərində baş verən 7,3 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, müvafiq xəbərdarlığı ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) edib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yeraltı təkanların maqnitudasını 7,1 bal qiymətləndirib.
Zəlzələnin episentri təxminən 1700 nəfərin yaşadığı Panqai şəhərindən 76 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə olub.
Tonqa Okeaniyanın mindən çox adadan ibarət subregionu olan Polineziyada yerləşir. 1970-ci ildə müstəqillik əldə edən ölkənin əhalisi 100 min nəfərdən bir qədər çoxdur. Ölkəni Tupou sülaləsindən olan konstitusiya monarxı idarə edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay