Xəbərlər
30.03.2025, 20:24
Tramp tezliklə Putinə zəng etməyi planlaşdırır
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına müsahibəsində deyib.
“Bu həftə yenidən danışmağı planlaşdırırıq”, - deyə o bildirib. ABŞ-da təqvim həftəsi bazar günü başlayır.
Qeyd edək ki, martın 18-də Rusiya və ABŞ prezidentləri arasında bu il ikinci telefon danışığı baş tutub. Onlar Ukrayna münaqişəsinin gələcək nizamlanmasının mümkün parametrlərini, ölkələr arasında münasibətlərin normallaşdırılmasını və Yaxın Şərqdə əməkdaşlığı müzakirə ediblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay