Xəbərlər
27.03.2025, 23:52
Arzu Yaqub qızı : İslanan yağışdan qorxmaz - FOTO
İslanan yağışdan qorxmaz
Yağışdan düşdük yağmura,
Yağmur bizi incidəcək.
Bu dünyanın qonağıyıq,
Kim qalacaq, kim gedəcək?..
Yazılmamış bir kitabıq,
Kimdir duyan dərdimizi.
Günü yola saldıq dedik,
Zamandır aldadan bizi.
Bir qədər bulud kimiyəm,
Günəş çıxsa dağılacam.
Səbrimin kasası dolub,
Nimçəsinə yığılacam.
Bəxtimi söyüd etmişəm,
Dolaşıq günümə gülür.
Məni əyən budaqları,
Allahım ömrümə hörür.
Bu həyat bir imtahandır,
Nə sualdır düşür bizə?..
Dost bildiyimiz naxələf,
Balta çalır ömrümüzə.
Üzünə güləcək kimsə,
Kimsə qına çəkiləcək.
Atdım atdığın yollarda
Çox tikanlar əkiləcək.
Yağışdan çıxdıq yağmura,
Neyləyəcək yağış bizə?
İslanan yağışdan qorxmaz,
Çətir olduq ömrümüzə.
Yağmur bizi incidəcək.
Bu dünyanın qonağıyıq,
Kim qalacaq, kim gedəcək?..
Yazılmamış bir kitabıq,
Kimdir duyan dərdimizi.
Günü yola saldıq dedik,
Zamandır aldadan bizi.
Bir qədər bulud kimiyəm,
Günəş çıxsa dağılacam.
Səbrimin kasası dolub,
Nimçəsinə yığılacam.
Bəxtimi söyüd etmişəm,
Dolaşıq günümə gülür.
Məni əyən budaqları,
Allahım ömrümə hörür.
Bu həyat bir imtahandır,
Nə sualdır düşür bizə?..
Dost bildiyimiz naxələf,
Balta çalır ömrümüzə.
Üzünə güləcək kimsə,
Kimsə qına çəkiləcək.
Atdım atdığın yollarda
Çox tikanlar əkiləcək.
Yağışdan çıxdıq yağmura,
Neyləyəcək yağış bizə?
İslanan yağışdan qorxmaz,
Çətir olduq ömrümüzə.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




