İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünən axşam saatlarında başladılan proses gecə boyunca dava edib və Əkrəm İmamoğlu da daxil olmaqla bütün şübhəlilərin yenidən ifadələri alınıb.

İttihamlar arasında PKK/KCK terror təşkilatına maddi dəstək vermək, saxta yollarla dövlət vəsaitinin mənimsənilməsi, şəhərdə keçirilən tenderlərə müdaxilə, xüsusi cihazlarla İstanbulun bütün əhalisinin təqibə alınması, rüşvət kimi maddələr də var.

Şübhəlilər İBB-yə qarşı başladılan “korrupsiya” və “terror” cinayətləri olmaqla iki ayrı istintaq əsasında hakim qarşısına çıxarılıblar. Bələdiyyə sədrinin həbsinə dair qərar “korrupsiya” cinayətləri əsasında verilib, məhkəmənin “terror” cinayətləri ilə bağlı qərarı isə hələ açıqlanmayıb.

Bir neçə gün əvvəl başlayan proseslə bağlı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl tərəfdarlarını ölkənin müxtəlif bölgələrində toplanaraq etiraz aksiyaları keçirməyə çağırıb. Buna əsasən, bu gecə də İstanbul və Ankara başda olmaqla bir qrup CHP-li ölkənin fərqli bölgələrində qanunsuz mitinqlər keçirməyə çalışıblar.

Bununla bağlı açıqlama verən Türkiyənin daxil işlər naziri Ali Yerlikaya bu gecə daha 323 təxribatçının saxlanıldığını, dövlətin malına zərər verməyi hədəfləyən heç bir təxribata izin verilməyəcəyini bildirib.

Nazir bu gecə İBB qarşısında toplanan təxribatçılar tərəfindən polis əməkdaşlarına daş və butulka kimi vasitələrlə yanaşı, kimyəvi maddə atıldığını, Ankarada isə bəzi təxribatçıların təhlükəsizlik qüvvələrinə balta kimi kəsici alətlərlə hücum edildiyini deyib.

Son xəbərlər

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930