Musa QƏNİYEV,
Azərbaycan Tibb Universiteti,
Tibb Elmləri Doktoru, Professor


Hazırda Hicri təqviminin müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu 9-cu Ramazan ayını yaşayırıq. Bu ayın zəruri sayılan şərtlərindən biri oruc tutmaqdır. Odur ki, bəzi insanlar bu əməlin islam dinindən qaynaqlandığını, əslində lazımsız və orqanizmə zərərli olması haqqında fikirlər də söyləyirlər. Reallıq odur ki, oruc tutmağın İslam dini ilə mütləq bağlılığı yoxdur. Digər dinlərdə POST adlandırılan bu halın tarixi teorgik dövrün, yəni dinin yaranmasının tarixi qədər qədimdir. Forma və məzmununda müəyyən fərqlilik olsa da, bütün dinlərdə (Xristian, İudaizm, Buddizm, İndiuzm) əsas şərtlərdən biri kimi tövsiyyə olunur. Məsələn, Xristianlıqda Pasxadan əvvəl Böyük post və Milad postu; İudaizmdə Yom-Kippur (Qiyamət günü) postu; İnduizmdə Ekadaşi postu və s. Şübhəsiz ki, bu hal, düşüncə təfəkkürü dövrü və zamanını qabaqlayan, peyğəmbərlik zirvəsinə ucalmışların, əsasında sağlamlıq duran, zərurət bildiyi tövsiyyədir.

Müasir elm bu zərurəti təsdiq edir. Oruc tutduqda, baş verən hormonal fəallıq, orqanizmin təbii yolla təmizlənmə və bərpa prosesini sürətləndirir. İlk növbədə qara ciyərdə şəkər ehtiyatı tükənir. Qanda şəkərin miqdarı azaldığından, orqanizm enerji mənbəyi kimi qlikozadan deyil, piy toxuması hüceyrələrindən istifadə etməyə başlayır. Enerji mənbəyinin dəyişməsi, orqanizmdə ximizmin əsas mexanizmlərində bərpaya zəmin yaradan, müsbət yönümlü ciddi keyfiyyət dəyişikliklərinə səbəb olur. Qida qəbulunda fasilənin səkkizinci saatından başlayaraq, boy hormonunun ifrazı artır. Bu hal piy toxumasının yanmasını ikincili olaraq sürətləndirir. Orucluğun ilk iki günündə bazal metabolizm 3,6% artır. Paralel olaraq, orqanizmdə iltihab proseslərin sönməsinə xidmət edən qrelin hormonunda sıçrayışlı artımı müşahidə olunur, eləcə də iltihab fermentlərin miqdarı azalır. Qrelin həmçinin mayenin mədə-bağırsaq traktında sürətli hərəkətini təmin etməklə, ağrı sindromu və mədədə disfuksiyanı aradan qaldırır.

Qida qəbulunda fasilə, kaloriyə təlabatı azaltdığından, depressiyanın baş vermə riskinin qarşısı alınır, həyat eşqi statistik olaraq yüksəlir. Oruc tutduqda IGF-1 hormonu və bəzi onkomarkerlərdə supressiya müşahidə olunur. Bu hal, bədxassəli şişlərin (onkoloji xəstəliklərin) inkişafının qarşısının alındığının birbaşa təsdiqidir. Paralel olaraq, baş beyinin bazal nüvələri və qara cidimdə dofaminin miqdarı artır və dofaminergik neyronlarda hiperaktivlik müşahidə olunur. Odur ki, Parkinson xəstəliyinin inkişafı tormozlanır, Alsheymer xəstəliyinin baş vermə ehtimalı azalır. Həmçinin Xanqtinton xəstəliyinin qarşısının alınması və xəstələrin yaşam müddəti uzanmasını müşahidə olunur.

Oruc tutmaq, söylədiklərimlə yanaşı, nozoloji vahid kimi təsdiqlənmiş 65 xəstəlikdən daha 17-də (ümumilikdə, 25 xəstəlikdə) tək profilaktik deyil, həm də müalicə vasitəsi kimi rolu təsdiqlənmiş elmi həqiqətdir.
Təbii ki, islam dinində oruc tutmaq, digər dinlərdə post adlandırılan bu hal yalnız sağlamlığı buna imkan verən şəxslərə tövsiyyə olunur.
Son olaraq, hər deyilən və yazılanlara inanmamaq diləyilə, Sizləri qarşıdan gələn, bayramların ən əzizi, Novruz bayramı münasibətilə təbrik edir, bütün istəklərinizin reallığa qovuşmasını arzu edirəm.

Son xəbərlər

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930