Xəbərlər
20.03.2025, 19:11
QIZBƏS QƏBƏLƏ : ƏSMƏ EY DƏLİ KÜLƏK - FOTO
ƏSMƏ EY DƏLİ KÜLƏK
Əsmə ey dəli külək,
Qəlbimi üşüdürsən.
Belə fəğan qoparıb,
Bağrımı qan edirsən.
Bilmirəm şıltaqlığın,
Sən sevirsən nəyini ?
Soyuqdan donanların,
İsit gəl ürəyini.
Yazın bu bayram çağı,
Əl qatmısan özünə.
Nə çiçək, nə tumurcuq,
Görünməyir gözünə.
Qışımı istəyirsən,
Şaxtanı, ayazımı ?
Yoxsa ürək qızdıran,
Gül - çiçəkli yazımı ?
Bir yüyənsiz at kimi,
Kişnəyirsən bayaqdan.
Çapırsan küçələrdə,
Düşüb əldən - ayaqdan.
Əsmə belə hikkəli,
Hürküdürsən quşları.
Əsmə, coşma sən belə,
Bir az sakitləş barı !
Qəlbimi üşüdürsən.
Belə fəğan qoparıb,
Bağrımı qan edirsən.
Bilmirəm şıltaqlığın,
Sən sevirsən nəyini ?
Soyuqdan donanların,
İsit gəl ürəyini.
Yazın bu bayram çağı,
Əl qatmısan özünə.
Nə çiçək, nə tumurcuq,
Görünməyir gözünə.
Qışımı istəyirsən,
Şaxtanı, ayazımı ?
Yoxsa ürək qızdıran,
Gül - çiçəkli yazımı ?
Bir yüyənsiz at kimi,
Kişnəyirsən bayaqdan.
Çapırsan küçələrdə,
Düşüb əldən - ayaqdan.
Əsmə belə hikkəli,
Hürküdürsən quşları.
Əsmə, coşma sən belə,
Bir az sakitləş barı !
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









