Azərbaycan universitetlərinin tələbələrinin kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsi ilə bağlı Türkiyəyə səfəri ilə bağlı layihənin açılış mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycan Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə ərsəyə gələn layihənin acılı mərasimi Türkiyənin Bursa şəhərində baş tutub.

Tədbirdə KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov, ölkəmizin İstanbuldakı Baş konsulluğunun vitse-konsulu Murad Balacayev, GUHEM-in baş direktoru Halit Mirahmetoğlu, SABAH qrupları İcra Komitəsinin rəhbəri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Elza Səmədova, “Azərkosmos”-un insan resurslarının idarə edilməsi və sənədləşmə departamentinin direktoru İnarə İbrahimxəlilova, GUHEM-in İdarə Heyətinin sədri İbrahim Burkay, və digərləri iştirak ediblər.

Mərrasimdə çıxış edənlər bildiriblər ki, layihənin əsas məqsədi Azərbaycanda gənclərin kosmos, aerokosmos, süni intellekt və aviasiya istiqamətləri də daxil olmaqla digər texnoloji sahələrdə nəzəri və praktiki biliklərini artırmaq, həmçinin beynəlxalq təcrübə mübadiləsini keçirərək, onların sözügedən sahələrdə gələcəyin güclü mütəxəssisləri kimi inkişaf etmələrinə dəstək olmaq, bununla da Azərbaycanda peşəkar kadrların və insan kapitalının inkişafına dəstək göstərmək, ölkəmizin regional və qlobal miqyasda sahə üzrə inkişafına dəstək verməkdir.

Milli Aviasiya Akademiyasının sektor müdiri Rabil Mürsəlov akademiyanın fəaliyyəti ilə bağlı məlumat verib.

Sonra heyətimiz ilə görüşən Türkiyənin ilk astronavtı Alper Gezeravcı geniş auditoriyaya sahə ilə bağlı mühazirə ilə çıxış edib.

Açılışdan sonra tələbələrimiz və gənc alimlərimizin mərkəzin aviasiya və astronavt proqramı ilə təcrübə mübadilələri başlayıb.

Səfər sabahdan etibarən praktik tədbirlərlə davam etdiriləcək ki, bunlara da simlyatorlar və simulyasiya əsaslı kritik hallarda yanaşmalar da daxildir.

Xatirladaq ki, təcrübə mübadiləsinə ölkəmizin 14 universitetini təmsil edən tələbə, gənc alimlər daxildir. “Azərkosmos” və “Zəfər” təşkilatının əməkdaşlığı ilə layihəyə üç şəhid və qazi övladı da cəlb edilib.

Martın 19-dək davam edəcək səfər çərçivəsində tələbələr, Bursadan sonra Ankaradakı Türkiyə Aerokosmik Agentliyi, TürkSat şirkəti, Müdafiə Texnologiyaları, Mühəndislik və Ticarət (STM) şirkəti, HAVELSAN, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TUBİTAK), PLAN-S Peyk və Aerokosmik Texnologiyalar mərkəzi, Orta Doğu Texniki Universiteti, İstanbulda isə Türkiyənin müdafiə sənayesi liderlərindən “Baykar” şirkəti, Türk Aerokosmik Sənayesi -TUSAŞ, İstanbul Texnopark, Bilişim Vadisi - Texnologiya İnkişaf Zonası kimi sahə üzrə bir sıra mərkəzlərində nəzəri və praktiki təcrübə mübadiləsi keçəcəklər.







Son xəbərlər

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930