Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub
Oktyabrın 4-dən 10-dək Azərbaycanda Ümumdünya Kosmos Həftəsi (“World Space Week”) keçiriləcək. Kosmos Həftəsi ölkədə artıq üçüncü ildir Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən təşkil olunur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Kosmos həftəsi” çərçivəsində “Azərkosmos” ASC-nin və “Azərbaycan Radiosu Həvəskarlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə azərbaycanlı məktəblilər bu yaxınlarda ikinci dəfə Beynəlxalq Kosmik Stansiya ilə radioəlaqə yaradıblar. Əsas məqsəd məktəblilərdə kosmosa marağı oyatmaq olub. Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan ABŞ astronavtı Suni Vilyams məktəblilərin suallarını cavablandırıb.
“Azərkosmos”dan verilən məlumata görə, gəncləri kosmik sektora həvəsləndirmək və maarifləndirmək, o cümlədən innovativ kosmik ekosistemi inkişaf etdirmək məqsədilə 20-dən çox tədbirin keçirilməsi nəzərdə tutulub.
Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Xatırladaq ki, Ümumdünya Kosmos Həftəsi kosmik elm və texnologiyanın insanların rifahının yaxşılaşdırılmasına verdiyi töhfəni qeyd etmək məqsədilə 1999-cu il dekabrın 6-da BMT Baş Assambleyası tərəfindən (54/68 saylı qətnamə) oktyabrın 4-dən 10-dək elan edilmişdir. Qeyd edilən tarixlər 1957-ci il oktyabrın 4-də SSRİ-də ilk süni Yer peyki olan “Sputnik-1”in orbitə çıxarılması və 1967-ci il oktyabrın 10-da “Kosmik məkanın kəşfiyyatı və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" müqavilənin qüvvəyə minməsi kimi hadisələri xatırladır. Ümumdünya Kosmos Həftəsinin yaradılması ideyası ilk dəfə BMT-nin 3-cü Ümumdünya Kosmik Konfransında yarandı. Bu forumda Mərakeş nümayəndə heyəti iyulun 20-ni ABŞ ekspedisiyasının Aya eniş etdiyi günə salaraq, bu tarixi Ümumdünya Kosmos Günü elan edilməsi təklifi ilə çıxış edib.
Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Qeyd edək ki, ötən il Kosmos Həftəsi Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə təsadüf edib. 2023-cü il oktyabrın 2-6-da 50 ildən sonra Bakıda Beynəlxalq Astronavtika Konqresi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.
Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

“Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçirilən 74-cü Konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunub. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, özəl kosmik şirkətlərin, yerli və beynəlxalq media strukturlarının nümayəndələri və investorlar iştirak ediblər. Bakı Konqresinə gələn qonaqlar Kosmos Həftəsi çərçivəsində ölkədə keçirilən tədbirlərdə də fəal iştirak ediblər.
Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Kosmos Həftəsi çərçivəsində Beynəlxalq Kosmik Stansiya ilə radio rabitəsi qurulacaq, “Pitch Deck” ustad dərsləri, panel diskussiyaları, astronavtlar və kosmos sahəsinin mütəxəssisləri ilə görüşlər keçiriləcək. Builki Ümumdünya Kosmos Həftəsi “Kosmos və İqlim Dəyişmələri” mövzusuna həsr olunub. 2024-cü il Ümumdünya Kosmos Həftəsinin mövzusu “Kosmos və İqlim Dəyişmələri” kosmik texnologiyanın iqlim dəyişmələri ilə mübarizəmizə transformativ təsirini qeyd edir və Yer kürəsi iqlimini anlamaqda və idarə etməkdə kosmik kəşfiyyatın fəal rolunu vurğulayır.
Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Ötən il Azərbaycanda keçirilən Beynəlxalq Astronavtika Konqresində və digər beynəlxalq tədbirlərdə, o cümlədən iqlim dəyişmələri ilə bağlı tədbirlərdə iştirak təcrübəsi “Azərkosmos”a COP29-da öz proqramı ilə iştirak etmək imkanı verəcək.

Qeyd edək ki, Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildə qoşulub. Ümumdünya Kosmos Həftəsi çərçivəsində dünyanın əksər ölkələrində astronomiya və kosmik elminin populyarlaşdırılmasına dair müxtəlif tədbirlər keçirilir.
Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Son xəbərlər

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031