Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi ölkədə başlayan yeni texnoloji inkişaf prosesinə stimul verəcək
74-cü Beynəlxalq Astronavtika Konqresi ölkədə başlayan yeni texnoloji inkişaf prosesinə stimul verəcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, beşgünlük Bakı Konqresi dünya kosmos icmasına əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi, gənclərin bu sahəyə cəlb olunması baxımından əhəmiyyətli töhfələr verdi.

Tədbir Azərbaycan üçün beynəlxalq nüfuzun yüksəldilməsi, imkanların tanıdılması ilə yanaşı, yeni tərəfdaşlıq münasibətlərinin qurulması cəhətdən faydalı oldu.

“Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” konqres çərçivəsində bir sıra müqavilələr bağladı. Bunlar arasında ən əhəmiyyətlilərindən biri “Israel Aerospace Industries” (IAI) şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsi oldu. Həyata keçiriləcək “Azersky-2” proqramı iki yüksək ayırdetməli elektrooptik sensora malik Yerin məsafədən müşahidə peykinin hazırlanmasını əhatə edir. Peyklərdən biri azərbaycanlı mütəxəssislərin iştirakı ilə İsraildə, ikincisi isə şirkətin dəstəyi ilə Azərbaycanda hazırlanacaq”, - deyə məlumatda bildirilib.

“Azərkosmos” və ICESCO arasında bağlanmış əməkdaşlıq müqaviləsi də mühüm əhəmiyyətə malikdir. “Azərkosmos”un Beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramovun təqdim etdiyi “Biznes, innovasiya və elm” adlı layihəyə təşkilat 500 min dollardan artıq investisiya ayıracaq.

Belə nəticəyə gəlmək olar ki, Bakı Konqresi ölkədə başlayan yeni texnoloji inkişaf prosesinə stimul verəcək. Prezident İlham Əliyev bunu tədbirdəki çıxışında xüsusi vurğuladı: “Bakıda keçirilən bu konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.

Bu o deməkdir ki, Azərbaycan müasir çağırışlara uyğun inkişaf yolu ilə irəliləyərək, innovativ cəmiyyət qurmaq uğrunda mühüm addımlar ataraq daha böyük uğurlar qazanacaq: həm Yer kürəsində, həm kosmosda. Qazanılanlar isə sülhə və bəşəriyyətin rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031