Məhəmməd NƏRİMANOĞLU : GÖYÇƏ HƏSRƏTLİ, TƏBRİZ NİSGİLLİ ŞAİR...

YENİ NƏŞRLƏR
GÖYÇƏ HƏSRƏTLİ,TƏBRİZ NİSGİLLİ ŞAİR...
Göyçəli Səyyad Əhmədlinin sazlı-sözlü könlünün oxunmamış səhifələri


Necə də birbirinə yaraşır bu iki doğma kəlmə: SAZ VƏ SÖZ! Biri olmayan yerdə o birisi də sönük görünür. Çünki saz sözü bəzəyir, söz də sazı. Saz ustad əlində olanda o, daha da müdrikləşir.
Söz də eləcə: kamil qələmlilərin dilindən bulaq suyu kimi süzülür, könüllərə bir dağ havası, dəniz mehi gətirir. Gah dalğalanır, gah ləpələnir, gah da dağ çayları kimi coşubdaşır, hayharaya dönür.
Dədə Qorqudumuzun yadigarı, ulu ozanların mirası olan saz milli kimliyimiz, Türkün həm də qılıncdan kəsərli silahıdır. Bu mənada sazla söz birləşəndə cəlladlar belə əl saxlayır, səmada qartallar qanad…
Hər sənətin öz xiridarı olur. Əslində, sənətlərin hər biri dəyərlidir. Onu dəyərli edən də sənətkar və sənətsevərlər olur. Sənətin millisi də olur, ümumbəşərisi də, siyasisi də, mədənisi də, iqtisadisi də...
Hər bir sənəti öyrənmək mümkündür. Kimsə deyə bilməz ki, filan sənət asan, ya da çətindir. Hər bir sənət asan da görünə bilər, çətin də. Onu asan və ya çətin qəbul edən biz insanlarıq sənəti sevənsevməyən, bacaranbacarmayan...
Bir qədər uzaqdan başladım. Söz sənətdən düşmüşkən, indiyədək demək istədiklərimin məqamı olduğuna görə, bir az təfərrüatı ilə başlamaq məcburiyyətindəyəm.

Azərbaycan ədəbiyyatında öz dəstxətti ilə seçilmiş, aşıq poeziyasının bilicisi Osman Sarıvəlli ocağının yadigarı, fəlsəfə elmləri doktoru, professor mərhum Babək Qurbanovun təbirincə desək, insan oğlu ən qədim zamanlardan bəri təbiətlə olan münasibətlərində onun qanunauyğunluqlarını kəşf etməklə birlikdə, qazandığı bilgiləri təbiət üzərində hökmranlığını sürdürmək üçün gərəkli bilmiş, eyni zamanda öz intellektual və mənəvi mədəniyyətini də zənginləşdirmişdir.

Dədə Şəmşir ocağının odqoruyanlarından biri olan Cavid Qənbəroğlunun “Dünya qəmli nağıl imiş” şeirlər kitabı haqqında yazdığı məqalədə professor Babək Qurbanov belə qeyd edirdi: “...Bu uzun və mürəkkəb sosialtarixi prosesdə bir çox təbiət və cəmiyyət elmləri ortaya çıxmış, təbiətin və cəmiyyətin bəzi problemlərinin öyrənilməsində geniş perspektivlər açılmışdır. Fizika, kimya, botanika, həndəsə, triqonometriya kimi dəqiq təbiət elmləri, arxeologiya, tarix, fəlsəfə, etika, estetika, siyasət, hüquq kimi ictimai elmləri meydana gətirmiş insan, XIX əsrin ortalarına kimi konkret olaraq bir fərd, subyekt, sosial varlıq olaraq insanın özünü tədqiq edən elm meydana gətirə bilməmişdir...”
Professorun gəldiyi qənaətə söykənib, biz də vurğulaya bilərik ki, yalnız bu dönəmdən başlayaraq, bir fərd olaraq, insanın təbiətinə, onun zəngin potensialdəyişdirici gücünə, davranış xüsusiyyətlərinə, psixoloji quruluşuna, zəngin emosional dünyasına və s. olan maraq artmağa başlayır. Hətta, bütün bu problemləri tarixilik baxımdan araşdıran konkret bir elm sahəsinin belə ortaya çıxması məqsədəuyğun görülür. Yəni insan fəlsəfəsi və ya antropoloji fəlsəfə kimi ictimai bir elm sahəsinin ortaya çıxması hadisəsi belə baş verir.
İnsan fəlsəfəsi ilə məşğul olan mütəxəssislər daha çox insan fenomenlərinin, hadisələri öncədən görə bilmək, onlara dəyər verə bilmək, gərəkli olubolmaması baxımından seçmək, ailə, həmçinin dövlət yaratmaq, dil, din, incəsənət meydana gətirmək, təhsiltərbiyə verə bilmək, maarifləndirmək, tərbiyələndirmək və nəhayət, sevmək və sevilmək kimi fenomenlərin incələnməsinə, tədqiq olunmasına xüsusi diqqət yetirirlər.
Qarşımdakı şeirləri oxuduqdan sonra professorun nə qədər haqlı olduğunu bir daha yəqinləşdirdim. Həqiqətən də insanı, onu digər canlılardan ayıran xüsusiyyət məhz bu fenomenlərdir. Təbii ki, digər canlılarla onların psixoloji davranışları ilə müqayisəli araşdırmalar bir daha sosial fərd olaraq yalnız insana xas xüsusiyyətlərin, davranışların, hisslər, duyğular dünyasının sirlərinin açılmasına şərait yaratmış olur. Bununla belə bir ictimai elm kimi on doqquzuncu yüzilliyin sonlarına doğru formalaşmaqda olan antropoloji fəlsəfənin irəli sürdüyü bu fenomenlərin araşdırılmasını yalnız ictimai və humanitar elmlərin müvəffəqiyyətləri ilə məhdudlaşdırmaq düzgün olmazdı.
Zənnimcə, burada bəzən “insanşünaslıq” adlandırılan ədəbiyyatın, habelə digər sənət növlərinin rolu heç də az deyil. Birdəfəlik yaddaşlara həkk etdirmək lazımdır ki, insan təbiətini, duyğular, emosiyalar, psixoloji vəziyyətlər, əhvalruhiyyələrin zənginliyi olmadan düşünmək belə mümkün deyil.
Bədii yaradıcılığın, xüsusilə də musiqi və şeir sənətinin insan duyğuları və həyəcanlarını ifadə etmək yolunda sonsuz potensialestetik imkanları olması faktı mütəxəssislərə yaxşı tanışdır. Bu anlamda, yuxarıdakı fəlsəfi düşüncələrə istinadən Göyçəli Səyyadın poetik ruhlu olmasının da bir sıra səbəblərinin olduğunu deyə bilərik.
Tarixin dərinliklərindən gələn çoxtərəfli, zəngin şifahi xalq yaradıcılığı xalqımızın orijinal bədii təfəkkürə malik olmasını sübut etməklə birlikdə, həm də onun zəngin hisslər, duyğular, həyəcanlar aləmi haqqında da ətraflı məlumatlar verir.
Yüzlərcə, minlərcə poetik folklor nümunələrində, xüsusilə də ozanaşıq şeirində insanlarımızın düşüncə tərzi, adətənənələri, hiss və həyəcanları, mənəviestetik idealları və s. tərənnüm olunmuşdur. Həmin mütərəqqi meyli bu gün də izləmək mümkündür.
Sənət adamlarımız keçmişin mütərəqqi bədiiestetik xüsusiyyətlərindən günümüz baxımından yaradıcılıqla istifadə edərək, müasir insanlarımızın hiss və həyəcanlarını, sevincini, kədərini, sevgiyə nifrətini, hər bir sosial haqsızlığa qarşı barışmazlığını əks etdirməyə çalışırlar.
Yuxarıda sıraladığımız insan fenomenləri burada təbii ki, elminəzəri izahdan daha çox estetik, emosional, hiss və həyəcanlarla yoğrulmuş bir tərzdə ifadə oluna bilir. Əslində, bütün bunlarsız insanı sosial varlıq kimi düşünmək mümkün olmur.
Bəli, insan təbiətini, onun yuxarıda qeyd etdiyimiz fenomenlərinin izahında bədii yaradıcılıq nailiyyətləri antropoloji fəlsəfənin müxtəlif humanitar və ictimai elmlərə təməllənərək insan haqqında ortaya qoyduğu bilgilərdən heç də az önəm daşımır. Məsələn, insan fəlsəfəsi sevgi fenomenini hansı bir tərəfindən izah edirsəetsin, burada hisslər, həyəcanlar, emosiyalar, əhvalruhiyyələrin izahı, daha doğrusu, ifadəsi olmadan, natamam qalacaq.
Bütün bu fəlsəfi gəzişmələrdən sonra qayıdaq sənətə və sənətkarlığa. Sənətkar olmaq şərəflidir. Sənəti sevmək, sevdirmək, yaşatmaq çox vacibdir. Hər bir sənət millət, dövlət, xalq, bəşəriyyət üçün gərəklidir. İncə sənət bu baxımdan birbirinin dilini bilməyən millətlər arasında mənəvi körpü də ola bilir.
Azərbaycan xalqını sənətkarlıq baxımdan bəxti gətirənlərdən saymaq olar: milli mətbəxindən başlayaraq, incəsənətinədək zəngin və uludur.
Dədə Qorqud yaşıdlılardan biri də, əlbəttə, sazsöz sənətidir. Ozan, yanşaq, aşıq kimi bugünümüzədək yol gələn sənəti yaşadan da məhz elə sənətkarlar olublar. Nə yaxşı ki, yaşadılıb, unudulmayıb. UNESCOnun Mədəni İrs Siyahısında qorunan aşıqlıq sənəti də, ana sözümüz kimi, milli sərvətimizdir. Onu qorumaq bizim mənəvi və vətəndaşlıq borcumuzdur.
Məsələyə bir qədər uzaqdan başladığımın fərqindəyəm, buna məcbur idim. Çünki haqqında fikir bildirmək istədiyim söz sənəti də uludur. Tarixin alt qatlarından bugünümüzədək gəlib çatan ozan, varsaq, yanşaq, aşıq kimi tanınan xalq sənətini
yaşadanlar ustadnamədən başlayar, el məclislərini müxəmməslə başa çatdırardılar. Aşığı saza aşiq edən də məhz ana kəlmələrimiz olan sözdür. Ustadların yolunu müqəddəs hesab edərək, haqqında bildiklərimi və eşitdiklərimi, sonralar oxuduqlarımı ümumiləşdirməklə, bir söz sərrafımız barədə fikirlərimi qələmə almaq istədim.
Özünü çoxdan tanıdığım (indiki qədər yox), lakin bədii yaradıcılığı barədə bircə kəlmə olsun belə eşitmədiyim Səyyad Əhmədli həm də uzaqyaxın (əsasən də ana tərəfimdən) qohumdur. O, “məni özümdən yaxşı tanıyırmış”. Üstəlik, yazıpozularımı sosial şəbəkədə izləyir və təbliğ edirmiş.
Bütün bunları deməkdə məqsədim var. Mən onu bir yaradıcı insan kimi gec tanımışam. Bilmirəm mənim günahımdır, yoxsa, onun utancaqlıq hissidir buna səbəb. Xaraktercə “uşaqxasiyyət” olan Səyyad Əhmədlinin qələminin məhsulunu oxuyan hər kəs ilk andanca onun göyçəli olduğunu özündən soruşmadan da ayırd edə bilər. Allah, adam da bu qədər oxşayar doğma yurdyuvaya?!
Adamlar tanıyıram ki, “dünən kənddən gəlib” (mənim kimi), şəhərdə ikiüç ay dolandıqdan sonra başlayır “qədeş”lənməyə: “dilini də dəyişir, donunu da” (“min ağac uzaq”!). Amma Səyyad qardaşımız sanki Göyçədən, Zərkənddən elə bu gün gəlib, necə varsa elədir: sadə, səmimi, istiqanlı, milli təəssübkeş, əsil göyçəli, kəlbəcərli...
Ozanaşıq, şeirsənət dünyasında azman kimi tanınmışların bir xeylisi haqqında qələm çalmışam. Xüsusilə Azərbaycan Aşıqlar Birliyinin orqanı “Ozan” qəzetinin redaktoru olanda bugünün Aşıq Əkbəri, Aşıq İmranı kimi tanınan tovuzlu Aşıq Məhərrəm Hüseynlini yaxından tanımağım, bu sahədəki bilgilərimi xeyli artırmış oldu. Allah ömür versin. Miskin Abdaldan, Dədə Ələsgərdən, Təcniz Alıdan, Növrəs İmandan, kürəyinə qaynar samovar bağlayıb, daşnakların sızıldadasızıldada qətlə yetirdiyi, yandırdığı Göyçəli Nəcəfdən... onlardan da öncə Dədə Qorquddan başlayan sazsöz sənəti ilə yaxından tanışlıq mənim üçün bir ayrıca akademiya demək oldu.
Adlarını çəkdiyim ustadlarımızı bizdən əvvəlki nəsil də yaradıcı aşıq kimi tanıyıblar. Çünki onlar yalnız ifaçı aşıq olmayıblar, özləri sazın istər şah (pəs), istərsə də baş və zil (“beçə”) pərdələrinə uyğun ustadnamə (divani), qoşma, gəraylı, təcniz, müxəmməs və s. qoşub, həm də oxuyublar. Dövrümüzdə də belə yaradıcı aşıqlarımız az olmayıb.
Deməyim odur ki, qarşımdakı bir qalın kitablıq şeirlərə nəzər saldıqca sanki sazın səsini dinləyirəm, ustadların ifasında. Şeirlərdən saz nəfəsyaz həvəsi gəlir:
Yenə xəyallarım qanadlanıbdır,
Dolandı başına Ulu Göyçəmin.
Sızıldatdı ürəyimin başını,
Talan olmuş sağı, solu Göyçəmin.

Vəsf elədim gözlərimin selində,
Barmaqlarim dondu sazın telində.
O ətir yox çiçəyində, gülündə,
Ürəyi qubarla dolu Göyçəmin.

Ata yurdum, şanşöhrətli Vətənim,
Əzəlaxır mənimsən ki, sən mənim!
Soysuzlar nə qədər kəsilsə qənim,
İnşAllah, açılar yolu Göyçəmin.

Yaman günün ömrü azdı, deyərlər,
Qarlı qışın sonu yazdı, deyərlər!
Üçbeş misra Səyyad yazdı, deyərlər,
Olaraq bir sadiq qulu Goyçəmin.


Bu qoşmanı belə bütöv verməsəydim, sanki paralanmış, yaralanmış Azərbaycandan uzaq düşmüş Göyçəmizə aid olmazdı. Hansı saz havasında ifa etmək olmaz ki, bu şeiri?! Bunu sazsöz xiridarları bilir…
Şairlərlə həmsöhbət olmaq heç də asan məsələ deyil. Heç onlarla yol getmək də sizə rahat gəlməsin. Ölməz söz sərkərdələrimizdən biri Məmməd Aslan səmimi etiraf edirdi ki, onunla 5 addım yol getmək mümkün deyil. Dediklərində həqiqət var idi. Şairlə yol yoldaşı olmaq üçün gərək onunla həmsöhbət olmağı da bacarmalıydın. Bu qabiliyyətin yox idisə, Məmməd Aslan neyləsin?!
Söz vaxtına çəkər. Sözün də vaxtı, məqamı olur. Onu yerində, zamanında məqamında demədinsə, “daldan atılan daş” kimi olur. Söz adamlarının “dilinin qıfılı”nı açmaq üçün səndəki “dil açarı” pərgar olmalıdır: Sözlə “yağlamalısan” ki, dilin “qıfıl”ını aça bilsin. Ona görə də şairlərlə həmsöhbət olmaq çətindir. Peşəkar jurnalistlər də şairlərin qonağı olanda bu çətinliyi hiss edirlər.
Bir vaxtlar bu sətirlərin müəllifi də həmin “çətinliyi” yaşayıb. Kəlbəcərdən didərgin düşdüyümüzün beşinci ili idi. Bəhmən Vətənoğlu ilə həmsöhbət olmaq istədim. Kəlbəcərsiz ötən hər il üçün bir rəmzi sual yazıb göndərmişdim. Bir həftədən sonra aldığım cavabdan heyrətləndim. Şair “salamsağolu” da qafiyələndirmiş, misralandırmış, hər sualı özünün bir qoşması ilə cavablandırmışdı...
...Neçə vaxtdır ruhuma, hiss və duyğularıma sığal çəkən poeziya nümunələrindən ayrıla bilmirəm. Nə yaxşı ki, imkanım oldu. Tanrıdandı vallah! Dalbadal iki günə, həm də xəstəhal olaola, 20 Yanvarın dəhşətlərindən yazayaza, iki şairin yaradıcılığına da boylana bildim. Onlardan biri dövrümüzün qəzəlxanı adlandırdığım, poeziyanın bütünlüklə “dilini bilən”, hər vəzndə özünü, qələmini sınağa çəkən, dadlıduzlu, hərdən də hirslihikkəli, dalğalıləpəli, birdən isə bulaq suyu kimi qəlblərə damcılayan şeirlər müəllifi Eldəniz Xuduzadə, digəri isə Göyçəmizin göynək yarasını şeirlərinin dili ilə sarıyan, məlhəm bilib, sağaltmağa çalışan Göyçəli Səyyad Əhmədlidir söz qədrini bilənlər.
Onu bilirəm ki, soyuq qış gecələrimin poetik ovqata köklənməsinin səbəbi bu dəfə Səyyad bəyin şeirləridir...
Bu yazını “qələmə alırdım” (oxu: klaviyaturada yazırdım) ki, onun FS səhifəsində ürəkaçan bir xəbəri oxudum. Sən demə, Göyçəli Səyyad böyük TURANda da tanınır, seviləsevilə oxunur. Məhz bu sevginin bəhrəsidir ki, o, 2024cü ili başa vurarkən TURANın bir parçası olan Qırğızıstanın böyük şairi Çingiz Aytmatov adına təsis edilmiş “Altın Kalem” ali mükafatına layiq görülüb.
Göyçəli Səyyad Əhmədli Ulu Göyçəmizin Basarkeçər rayonunun axarbaxarlı, Kəlbəcərlə yaylaq qonşusu olan Zərkənddə dünyaya göz açıb. Çox təəssüf ki, ömrünün gənclik çağlarında, 1988ci ilin qarlıboranlı qış aylarında daşnaklar yenidən Göyçə mahalını işğal edərək, göyçəlilərimizi yurdyuvalarından didərgin saldılar. O vaxt Səyyad qardaşımızın da atalıanalı ailəsi Göyçədən qovulanda Kəlbəcərə sığındı. “El elə sığsa da, ev evə sığmaz”,deyib dədələrimiz. Onlar da özlərinə bir yuva qurmaq üçün Gəncə və Bakıda məskunlaşdılar. Səyyad da elə o vaxtlardan dərdliqəmli dünyasına qapılıb, uşaqlıq və gənclik illərinin həsrətini qəlbində misralandırırdı...
Beləliklə, qohuməqraba hiss elədi ki, Səyyad da digər göyçəli şairlər kimi, könlünü sözə verib. Ancaq İlahisinə sığınan şair şeir dili ilə deyir. Şeirin bir bəndinə baxaq:
Qərib tale yaşadım gənc yaşımdan,
Ayrı düşdüm torpağımdan, daşımdan.
Səyyadam, dumanlar getmir başımdan,
Sənə sığınmışam, sənə, İlahi!

Səyyad tifilkən anasını itirib, Göyçəsi ilə birgə, bax o vaxtdan yetimliyin ağrıacısını daşıyır sınıq könlündə. “Dünya” qoşmasında da bozüzlü dünyaya gileylənir:
Məni tifilikən çöllərə saldın,
Əlimdən eşqimi, anamı aldın.
Verdiyin zülümdən razımı qaldın,
Çəkdirdin Səyyada çox cəfa, dünya?!
Yox imiş ki, səndə heç vəfa, dünya!

Ana! Hər kəsin dilinin ilk kəlməsi olan bu üç hərfin birləşməsi bütün canlıların yaradıcısıdır Ana! Ana haqqında nə qədər müdrik deyimlər var, amma, psixoloqların, mütəxəssislərin fikrincə, sevgi ilə ana olduqları kimi ifadə edilməyiblər. Hər kəsin öz dünyası və anası olduğu üçün, onların vəsfi də fərdi yanaşma ilə izah edilir. Səyyad da ananı vəsf etdiyi eyni adlı qoşmasında fikrini belə nəzmə çəkir:
...Kəlməsi, hikmətdi, əməl et, Səyyad,
Onun göstərdiyi yolla get, Səyyad!
Peyğəmbər (s) söylədi, sırğa et, Səyyad,
Həm cənnətin, dinimanın anadı.

Səyyad da digər klassik şeir növlərinə vurğunlar kimi, ustadlardan qalma əmanətlərə övlad səxavəti göstərərək, şeiriyyəti sevdiyi kimi də, onu sevdirməyi, yaşadılmasını özünə borc bilir. Buna görə də onun şeirlərində heca vəzninin daha çox üstünlük təşkil etməsini hiss edirik. Divani klassik aşıq şeirinin ilklərindəndir. Adətən, eldəobada toy məclisləri divani (ustadnamə) ilə açılar, müxəmməslə (sazda ”Gözəlləmə” havası ilə) bağlanardı. Doğrudur, bu gün restoran və şadlıq saraylarında keçirilən toy şənliklərində bundan əsərəlamət görünmür. Lakin, Göyçəli Səyyad kimi qələmli şairlərimiz bu ulu adətənənəyə sadiq qalaraq, bədii söz yaradıcılığında divani, təcnis, müxəmməs (ustad Dədə Ələsgərin yaradıcılığından bəhrələndiyi üçün) kimi şeir növlərini yaşadırlar. Şairin “Bilmirəm” divanisindən bir bəndə nəzər salaq:
Bir kimsəyə zərrə qədər pis niyyətim olmadı,
Dar günümdə çoxu qaçdı, heç eyninə almadı.
İnsanlıq məhv olub getdi, səmimiyyət qalmadı,
Bu gedişlə axırımız nə olacaq, bilmirəm…

Səyyad Əhmədlinin ədəbi aləminin zənginliyi ondan bilinir ki, o, ustad irsinə sadiq qalaraq, yaradıcılığında aşıq şeir növlərini yeni, özünəməxsus deyim formasında təqdim edir. Hər şeirini bir əsər adlandırmaq olar. Lakin, mən isə şairin qəlbinin çırpıntılarını bir mənzum drama bənzətdim. Burada nəsr də var, nəzm də. Haradan gəlib hara getdiyini isə onun şeirlərini oxuyanda bilirsən ki, kimdir.
Səyyad Əhmədlini yalnız ədəbi üfüqdən boylanan bir günəş kimi təqdim etmək istərdim, ulularımızın müqəddəs ruhlarından icazə istəməklə. Çünki, o, aşıq ədəbiyyatının carçısıdır. Çünki o, ulu Göyçədən başlayan ədəbi yolun layiqli davamçısıdır. Çünki o, səmimiyyəti, sadəliyi, şəhərə yovuşmamağı ilə də gəncliyindən indiyədək dəyişməyən simanın, qəlbin sahibidir.
Qələm və söz adamlarının taleyində, nədəndirsə, döngələrdönmələr, ağrıacılar daha çox olur, ya da onlar bunu digərlərindən fərqli, ağrılı yaşayırlar. Ona görə də hiss etdirirlər. Səyyad qardaşımın da şeirlərində hiss olunan nakamlıq, dərdlilik yalnız atababa yurdunun itirilməsi ilə bağlı deyil. Sanki nakam sevgi onun həyatının mənasına çevrilib:
…Səyyad ilk görüşdə sənə vuruldu,
Gül üçün çırpınan bülbüllər kimi.
Bulanıq sular da təzdən duruldu,
Qönçədən açılmış tər güllər kimi.

Bir vaxtlar bax bu şeiri qəlb döyüntüləri ilə sevdiyinə yazan şairin ömürgün sevdasını çox erkən itirməsi onun taleyində olduğu kimi, yaradıcılığından da qara xətt kimi keçir. Bu gəraylısında olduğu kimi:
Təvəllüdün qeyd elədim,
Təkcə başdaşınla, gülüm.
Çox dərdləşib, sel ələdik,
Altmış beş yaşınla, gülüm.

Həyatdan küskün oldurdun,
Ömrümü kökdən soldurdun.
Ürəyimə ox doldurdun,
Çatqın gözqaşınla, gülüm.

Şən yaşadıq bir qərinə,
Dözdük “istiyəsərinə”.
Səyyadı gömdün dərinə,
Nakam baxışınla, gülüm.


Çox qəribə də olsa, Göyçəli Səyyadın çapa hazırlanan “Könlümün sarı simi”ndəki şeirlərini oxuduqca fikrimə və yadıma mərhum professorun Cavid Qənbəroğlunun yaradıcılığına verdiyi qiymət düşdü. Deyəsən, hər ikisinin taleyindən keçən qara xətt idi bu eynilik və məni özünə çəkən. Buradakı şeirlərin də, demək olar ki, əksəriyyəti nakam sevgi fenomeninə, vətənvətəndaşlıq mövzusuna həsr olunub.
Mənə elə gəlir ki, burada təəccüb olunası heç bir şey yoxdur. Min illərdən gələn şifahi xalq ədəbiyyatında, xüsusilə də aşıq poeziyasında sevgi mövzusu mərkəzi yerlərdən birini tutub. Zənnmcə, şeirlərdə bu əbədi mövzunun daha çox yer alması təsadüfi deyil: Vətəni Göyçəni, anasını və ömrünün parasını itirmiş bir şair ancaq belə kədər yüklü karvanın sarvanı olmalı idi, olub da...
Hardan gəlib, hara gedir bu karvan?

Könlünün sarı simi ilə daha geniş oxucu auditoruyasına çıxan Səyyad Həsən oğlu Əhmədli 18 iyun 1959cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub.
19661976cı illərdə Zərkənd orta məktəbini bitirib. Ali məktəbə qəbul olmaq üçün sənədlərini Gəncə Dövlət Pedoqoji İnstitutuna verib. Sonuncu imtahanda “uğur” qazana bilməsə də (o vatların qəbulunu bilənlər bilir, “meyarlar” necəydired.), Bakı Rabitə Texnikumuna qəbul olub. 1978ci ildə Sovet Ordusu sıralarına çağırılıb, Uzaq Şərq Hərbi Dairəsində çavuş rütbəsində iki il top komandiri kimi xidmət keçib. Ordudan təxris olunduqdan sonra ortaixtisas təhsilini bitirib, Zod Qızıl Mədənində əmtəə xəzinədarı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1982ci il mart ayının əvvəllərinə qədər, ilyarım orada çalışıb.
İrəvan Politexnik İnstitutunun rus dili bölməsinin tələbəsi olan Səyyad Əhmədli, təəssüf ki, məlum (1988ci ilin soyuq payız aylarında Ermənistandan, o cümlədən də ulu Göyçə mahalından azərbaycanlıların nəinki deportasiyası, əslində, məcburi şəkildə qovulub çıxarılması hadisələri tarixə qanlı, qara hərflərlə yazıldıred.) hadisələrlə əlaqədar həmin ali məktəbin diplomunu ala bilməyib.
Onu Zod Qızıl Mədənindən Azərbaycan SSR Dəmir yolları Bakı Əmtəə Stansiyasına “perevod” ediblər.
Səyyad Əhmədli deyir: “...Beləliklə, ailəmizin xatirinə, yurdumu tərk etmək məcburiyyətində qaldım. Həyat yoldaşımı və 6 aylıq övladımı götürüb gəldim Bakı şəhərinə. 19851997ci ilə qədər AKİdə çalışdım.
Hadisələrin hərbi formada cərayan edilməsi zamanı könüllü olaraq, Vətən deyə, müxtlif bölgələrdə köməyimizi əsirgəmədik...
Sonralar ömrümü birdəfəlik Milli Ordunun hərbi hissələrində, müxtəlif vəzifələrdə çalışmaqla, vətəndaşlıq borcumu yerinə yetirdim. Dəfələrlə fəxrifərmanlar və s. təltiflərə layiq görüldüm. Və bu gün də “N” saylı hərbi hissədə çalışmaqda davam edirəm. Vətən sağ olsun!”
Onu da qeyd edim ki, könlü şeirlə dolu, gözləri Göyçə, Təbriz həsrətli Səyyad Əhmədli Azərbaycan və Qırğızıstan Yazıçılar birliklərinin üzvü, Antalyada yerləşən ASKEBFdə (Avrasya Senet Kültür Edebiyyat və Bilim Federasiyonu, əslində, TURAN ədəbi birliyired.) ictimai xadim statusu daşıyır. 2023cü ildə Qazaxıstan Yazıçılar Birliyinin beynəlxalq istedad mükafatı (medal) və 2024cü ildə Qırğızıstanın Böyük Türk, Qırğız şairi Çingiz Aytmatov adına “Altın Kalem” medalı ilə təltif edilib. Şeirləri “Yazarlar” jurnalında, Türkiyədə çıxan “Krımın səsi” dərgisində, “TURAN ədibləri”antologiyasında, həmçinin bir sıra digər mətbu orqanlarda dərc olunub.
Tale heç kimin öz əli ilə yazılmır. Amma, bir məsələ də var ki, nədənsə, qəlbi duyğuluların, söz adamlarının taleyinə “qara günlər” sanki anadangəlmə yazılır. Bu əzabı yaşamaq Səyyadın da taleyinə yazılıbmış: 1988ci ildə doğulduğu Göyçəsi kafirlər tərəfindən işğal olunanda ağlına da gəlməzdi ki, ömürgün sevdasını (2005ci ildə), həyatının mənasını da itirəcək. Təbii ki, qələmə aldığı şeirlərdə özünü biruzə verən qüssəkədərin də çoxu bunlara söykənir.
Yuxarıdakıları bir daha xatırlayaraq deyə bilərik ki, müəllif sevgi anlayışını insan həyatının, onun fəaliyyətinin əsası olaraq izah etməyə çalışır. Sevgisiz insan yaşamının mənasız, bəhrəsiz, gərəksiz olmasını sübut etməyə təsadüfi deyil ki, şeirlərinin birində belə ifadə etməkdədir:

Nə müddətdi həsrətində qalmışam,
Bir ana nəfəsli qucağın, ellər.
Ömrümün qayğısız keçdiyi yerin,
Göyçə adlı yurdun, ocağın, ellər.

Əvvəl yurdum, sonra sonam da getdi,
Dözməyib xiffətə, anam da getdi,
Xeyri yox, alışam, yanam da, getdi,
İtirdim həyatın bucağın, ellər.

Ruhum gəzir Göyçəmizi dolanıb,
Fikrim yenə xəyallara calanıb.
Səyyad atəşlərə elə qalanıb,
Külünə çevrilib ocağın, ellər.


Sözün və fikrin düyünə düşdüyü an: burdan o yanası yoxdur. Səyyad qardaşımıza yolçusu olduğu ədəbi yolda səyyah ömrü arzulayıram. Yolun uzun olsun ki, bəlkə Göyçəmizə qovuşasan, biz Kəlbəcərlə qucaqlaşan kimi, qələmli, poeziyası dərdliələmli şair…

Son xəbərlər

Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub

Naxçıvan şəhərində avtomobil 2 tələbəni vurub - FOTO

BELA ZƏNGİBASARLI : YAZ GÜNƏŞİ - FOTO

İkinci görüşləri dəfn mərasimində oldu - Foto

Bu gün 9-cu siniflərin buraxılış imtahanı keçiriləcək

“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir

ABŞ-İran danışıqları dörd saatdan çox davam edib

Roma Papasının dəfnində protokol qaydaları pozulub

İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb

Nizami Kino Mərkəzində “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimatı olub - FOTOLAR

“Öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm...”

Zaxarova koreyalı hərbçilərin müharibədə iştirakının səbəbini açıqladı

Yaşar Gülər: Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib

Şərurlu İsfəndiyar siyasətçi və yazarlara bahalı restoranında qonaqlıq verdi — FOTOLAR

İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib

Əli Mirəliyev reanimasiyadan çıxarıldı

Ölkəmiz Özbəkistanda keçirilən II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur - FOTOLAR

"Bavariya" və "Bayer"dən qələbə

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib - FOTOLAR

RUHUNU YAZAN ŞAİR... - FOTO

Azərbaycan Milli Xalça Muzeyində şahmat üzrə “Çempionların savaşı” turniri keçiriləcək

Azərbaycan avarçəkənləri Türkiyədə 1 qızıl və gümüş medal qazanıb - FOTO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Trampdan ehtimal: Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil

Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib - FOTOLAR

Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq

BİZİM TƏQVİM: Aprelin 26-da baş vermiş tarixi hadisələr

Gədəbəydə 45 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930