Xəbərlər
13.03.2025, 20:13
Dünya Bankının sabiq vitse-prezidenti: İstifadə olunmayan vəsaitlər ağır vəziyyətdə olan ölkələrə verilməlidir
ABŞ, Almaniya kimi ehtiyatları istifadə olunmayan ölkələrin həmin vəsaitləri Afrika İnkişaf Bankına və ya Dünya Bankına verməsi böhranların aradan qaldırılmasına töhfə verə bilər.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının sabiq vitse-prezidenti Hafez Qanem XII Qlobal Bakı Forumunda danışıb.
O qeyd edib ki, Dünya Bankı və digər beynəlxalq banklar daha çox iş görməlidir, bunun üçün imkanlar var:
“Böyük ölkələrin hesablarında xüsusi aktivlər var ki, onlar istifadə olunmur. ABŞ, Almaniya kimi ehtiyatları istifadə olunmayan ölkələr həmin vəsaitləri Afrika İnkişaf Bankına və ya Dünya Bankına versələr inkişafı müşahidə etmək olar. Hazırda dünyanın bəzi ölkələri çox ağır vəziyyətdədirlər. Afrikanın üçdə ikisi təhsil və səhiyyədən daha çox silahlanmaya vəsait xərcləyir”,- o qeyd edib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay