Xəbərlər
10.03.2025, 22:50
ŞƏHLA XƏLİLQIZI : Ramazanda - FOTO
Ramazanda
Süfrənin bəzəyən halal neymətdir,
Tanrının verdiyi ruzi qismətdir,
Əl açıqlıq belə özü şöhrətdir,
Savabdan minarə hör ramazanda,
Kasıb qapısını döy ramazanda.
Səhər şoru ilə imsaqa gedir,
Hər günü şükürlər üstündə bitir,
Demirəm hər zaman kasıbı yedir,
Yaxşılıq eyləyib öy ramazanda,
Kasıb qapısını döy ramazanda.
İftarda olacaq mərcimək şorba,
Aylardır ət dəymir o kasıb qaba,
Bəlkə isitməyir o soyuqy soba,
Sən də bir savab iş gör ramazanda.
Kasıb qapısını döy ramazanda.
Peyğəmbər adına tikilən kəbə,
Nə olsun bu şansı verib ərəbə,
İnsanlar özləri bölüb təbəqə,
Allah sənə verib böl ramazanda,
Kasıb qapısını döy ramazanda.
Şəhlanın dediyi ağır gəlməsin,
Elə ver payını kimsə görməsin,
Heç kəsin dilində sözə gəlməsin,
Allahın adını öy ramazanda,
Kasıb qapısını döy ramazanda.
Tanrının verdiyi ruzi qismətdir,
Əl açıqlıq belə özü şöhrətdir,
Savabdan minarə hör ramazanda,
Kasıb qapısını döy ramazanda.
Səhər şoru ilə imsaqa gedir,
Hər günü şükürlər üstündə bitir,
Demirəm hər zaman kasıbı yedir,
Yaxşılıq eyləyib öy ramazanda,
Kasıb qapısını döy ramazanda.
İftarda olacaq mərcimək şorba,
Aylardır ət dəymir o kasıb qaba,
Bəlkə isitməyir o soyuqy soba,
Sən də bir savab iş gör ramazanda.
Kasıb qapısını döy ramazanda.
Peyğəmbər adına tikilən kəbə,
Nə olsun bu şansı verib ərəbə,
İnsanlar özləri bölüb təbəqə,
Allah sənə verib böl ramazanda,
Kasıb qapısını döy ramazanda.
Şəhlanın dediyi ağır gəlməsin,
Elə ver payını kimsə görməsin,
Heç kəsin dilində sözə gəlməsin,
Allahın adını öy ramazanda,
Kasıb qapısını döy ramazanda.
09.08.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


